
Gürcüstanın keçmiş müdafiə naziri 10 il müddətinə azadlıqdan məhrum edildi
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladzeyə 10 il müddətinə həbs cəzası kəsib. O, çirkli pulların yuyulmasında və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladzeyə 10 il müddətinə həbs cəzası kəsib. O, çirkli pulların yuyulmasında və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.
Gundem.today bu barədə "Rustavi-2" telekanalına istinadən xəbər verir.
"Məhkəmə keçmiş müdafiə naziri Cuanşer Burçuladzeni, onun keçmiş müavini Georgi Xayndravanı, Burçuladzenin həyat yoldaşının kürəkəni Vasil Mxeidzeni və Müdafiə Nazirliyinin satınalma şöbəsinin keçmiş rəisi Vladimir Quduşaurini təqsirli bilib", - deyə məlumatda bildirilir.
İşin fiqurantları V.Mxeidze və G.Xayndrava hər biri səkkiz il müddətinə azadlıqdan məhrum ediliblər. Keçmiş nazirin əmlakı da müsadirə olunacaq.
Xatırladaq ki, Gürcüstan məhkəməsi 13 sentyabr 2025-ci il tarixində hakimiyyətdən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunan, ölkənin eks-müdafiə naziri C.Burçuladzeni həbs etmişdi. Qeyd olunurdu ki, o, 2023-cü ildə hərbi hospitalı 1,4 milyon dollar əvəzinə, dəyəri 966 min dollardan çox olan avadanlıqla təmin edib. Bu zaman nazirliyə dəyən ziyan 483 min dollardan çox olub. Bundan əlavə, həmin il o, həyat yoldaşı ilə birlikdə İspaniyada daşınmaz əmlak alıb və əmlakın mənşəyini gizlətmək üçün Tsxnetidə saxta alqı-satqı müqaviləsi imzalayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin sayca üçüncü aviadaşıyıcısı Yaxın Şərqə çatıb
ABŞ-nin "USS George H. W. Bush" atom aviadaşıyıcısının başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu cümə axşamı regiondakı hərbi-dəniz qruplaşmasını gücləndirmək üçün Yaxın Şərqə gəlib.
DünyaMakron siyasətdən gedəcəyini bildirdi
Fransa lideri Emmanuel Makron prezidentlik müddəti başa çatdıqdan sonra siyasətdən gedəcəyini bəyan edib.
DünyaTramp İsrail-Livan danışıqlarında iştirak edəcək
İsrail və Livanın Vaşinqtondakı səfirləri Yexiel Layter və Nada Hamad Moavad məsləhətləşmələrinin yeni raundu Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçiriləcək.
DünyaPaşinyandan İrəvanda Türkiyə bayrağının yandırılmasına REAKSİYA
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvandakı Respublika meydanında Türkiyə bayrağının yandırılmasına münasibət bildirib. O bu hərəkəti "təxribatçı və gərginlik yaradan addım" kimi qiymətləndirib.