
Adil Şükürov təhqirə görə CƏZALANDIRILDI
Azərbaycan I Liqasında mübarizə aparan "Səbail" klubunun baş məşqçisi Adil Şükürov dörd oyunluq diskvalifikasiya edilib.
Azərbaycan I Liqasında mübarizə aparan "Səbail" klubunun baş məşqçisi Adil Şükürov dörd oyunluq diskvalifikasiya edilib.
Gundem.today xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Cəzaya səbəb kimi mütəxəssisin XX tur çərçivəsində "Baku Sportinq"lə keçirilən görüşün 65-ci dəqiqəsində ikinci sarı vərəqə ilə cəzalandırıldıqdan sonra hakimləri təhqir etməsi göstərilib. Baş məşqçinin bu qeyri-etik hərəkəti paytaxt təmsilçisinə 3000 manatlıq cərimə bahasına başa gəlib.
Vəziyyəti daha da gərginləşdirən isə komandanın azarkeşlərinin referilərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi olub. Fanatların bu davranışı "Səbail" büdcəsinin əlavə 1500 manat azalmasına gətirib çıxarıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Santos"dan Neymar üçün xüsusi strategiya: Ulduz futbolçu mundiala hazırlaşır
"Santos" klubu qarşıdan gələn dünya çempionatı ərəfəsində əsas ulduz oyunçusu Neymarı pik formaya çatdırmaq üçün xüsusi və genişmiqyaslı strategiya hazırlayıb.
İdmanGeorge Haci Rumıniya millisinin yeni baş məşqçisi oldu
Futbol üzrə Rumıniya yığmasında yeni baş məşqçi təyinatı açıqlanıb.
İdman"Turan Tovuz" azarkeşlərinə ŞAD XƏBƏR - Rəsmi qərar an məsələsidir
Misli Premyer Liqasının XXVII turu çərçivəsində baş tutacaq "Turan Tovuz" - "Sumqayıt" qarşılaşması böyük ehtimalla meydan sahiblərinin doğma meydanında oynanılacaq.
İdmanMirça Luçeskunun oğlu atasının səhhəti barədə müraciət edib
Səhhətində ciddi problem yaranan Rumıniya millisinin sabiq baş məşqçisi Mirça Luçeskunun oğlu Rzavan Luçesku ictimaiyyətə açıqlama verib.