
ADSEA: "Üzərində evlər tikildiyinə görə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir" - FOTO
Üzərində tikilən evlər səbəbindən Xətai rayonu, Rəşid Bağırov küçəsində çökən diametri 1200 mm-lik tullantı su kollektorunun təmir-bərpa işləri davam etdirilir.
Üzərində tikilən evlər səbəbindən Xətai rayonu, Rəşid Bağırov küçəsində çökən diametri 1200 mm-lik tullantı su kollektorunun təmir-bərpa işləri davam etdirilir.
Gundem.today xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, xidmətin balansındakı kollektor üzərində aparılan işlər agentliyin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən icra olunur. Ətrafda təklükəsizlik tədbirləri görülüb, mühafizə bəndləri qurulub. Geniş ərazini əhatə edən 9 metr dərinlikdə xəndək qazıldıqdan sonra kollektorun qəzalı hissəsini aşkara çıxarmaq mümkün olub. Kollektorun qəzalı hissəsi yenisi ilə əvəzlənəcək.
Xatırladaq ki, həmin ünvanda evlərin altında qalan 500 millimetrlik çuqun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunub. Qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO
Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb.
CəmiyyətGəncə Gömrük İdarəsinə yeni rəis təyin edildi
Dövlət Gömrük Komitəsində rəhbər vəzifəyə kadr dəyişikliyi həyata keçirilib.
CəmiyyətBu gün paytaxtda 550 küçə yuyulub
"Aprelin 11-də Bakının kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib".
CəmiyyətKeçmiş ədliyyə naziri vəfat edib - FOTO
Keçmiş ədliyyə naziri Südabə Həsənova 79 yaşında vəfat edib.