
Aeroport şosesində ölümlə nəticələnən qəzada xəsarət alanların SON DURUMU
Ötən gün Bakının Xəzər rayonu ərazisində, Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Ötən gün Bakının Xəzər rayonu ərazisində, Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Gundem.today-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, mayın 5-də saat 15:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xəzər rayonu ərazisindən çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 36 yaşlı şəxsə (kişi) yerində yardım olunub, 46 yaşlı şəxs (kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. 33 yaşlı şəxs (qadın) isə hospital olunmaqdan imtina edib.
Sabunçu Tibb Mərkəzində döş qəfəsinin küt travması, qabırğaların çoxsaylı sınığı diaqnozları təyin edilən pasiyentin müalicəsi Müştərək travma şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, qəza zamanı "Mercedes" və "XPeng" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində "Mercedes"in sürücüsü Mansur Güləxan oğlu İmanov ölüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətGüzəştli mənzil əldə etmək istəyən bəzi şəxslərə ŞAD XƏBƏR
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) "Güzəştli mənzil" sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlayıb.
CəmiyyətEldar Əzizov rəisi işdən çıxartdı - YENİ TƏYİNAT
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyində kadr dəyişikliyi olub.
CəmiyyətBakıda ölümlə nəticələnən qəzanın ANBAAN VİDEOSU - ÖZƏL
Ötən gün Bakının Xəzər rayonu ərazisində, Zığ şosesi-Hava limanı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin necə baş verməsi məlum olub.
CəmiyyətBakıda ölümlə nəticələnən dəhşətli qəzanın ANBAAN VİDEOSU - ÖZƏL
Ötən gün Bakının Xəzər rayonu ərazisində, Zığ şosesi-Hava limanı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin necə baş verməsi məlum olub.