
Sumqayıtda dəm qazından zəhərlənən ailənin iki uşağı dövlət müəssisəsinə yerləşdiriləcək
Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailənin iki uşağı dövlət müəssisəsinə yerləşdiriləcək.
Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailənin iki uşağı dövlət müəssisəsinə yerləşdiriləcək.
Gundem.today xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, məsələ diqqətə götürülüb və aidiyyəti qurumlarla birgə araşdırılıb:
"Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, ailədə olan səkkiz azyaşlıdan dördü hazırda dövlət uşaq müəssisəsində təhsil alır. Digər dörd azyaşlıdan ikisinin də yaxın müddət ərzində dövlət uşaq müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulur. Qalan iki azyaşlı isə valideynlərinin himayəsində olmaqla, mövcud vəziyyətlə əlaqədar xalasının yanında yaşayır.
Eyni zamanda, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə ailəyə baxış keçirilib, mənzil-məişət şəraiti yerində qiymətləndirilib.
Ailə üzvlərinə, eləcə də faktiki olaraq himayədə olan uşaqlara mütəmadi nəzarətin həyata keçirilməsi nəzərdə tutulub.
Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ailə nəzarətdə saxlanılacaq və zəruri tədbirlər davam etdiriləcək".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətYevlaxda 5 mindən çox abonentin qazı kəsiləcək
Aprelin 9-u saat 10:00-dan etibarən Yevlax şəhərinin mərkəzinin bəzi hissələrində və 8 kəndində qaz təchizatı dayandırılacaq.
CəmiyyətSalyanda həkim VƏFAT ETDİ - FOTO
Salyanda həkim-nevropatoloq Yaşar Məmmədrza oğlu Əzizov vəfat edib.
CəmiyyətBakının mərkəzində kanalizasiya lükünün ətrafında ÇÖKMƏ - VİDEO
Bakının Nəsimi rayonundakı mərkəzi küçədə kanalizasiya lükünün ətrafındakı çökmə sürücülərin narahatlığına səbəb olub.
CəmiyyətDoğuşdan sonrakı bərpa: Orqanizm köhnə vəziyyətinə necə qayıdır? - FOTO
Doğuşdan sonrakı dövr - zahılıq mərhələsi qadın orqanizmi üçün həm fiziki, həm də psixoloji baxımdan xüsusi əhəmiyyət daşıyan həssas bir bərpa dövrüdür. Bu müddətdə düzgün qulluq, qidalanma və tibbi tövsiyələrə əməl olunması gələcək sağlamlıq üçün mühüm rol oynayır.