
Nəriman Axundzadə meydana niyə gec buraxıldı? - Baş məşqçidən AÇIQLAMA
MLS-də mübarizə aparan "Kolambus Kryu" klubunun baş məşqçisi Henrik Ridström "Atlanta Yunayted" üzərində qazanılan inamlı qələbədən sonra azərbaycanlı futbolçu Nəriman Axundzadə haqqında diqqətçəkən açıqlamalar verib.
MLS-də mübarizə aparan "Kolambus Kryu" klubunun baş məşqçisi Henrik Ridström "Atlanta Yunayted" üzərində qazanılan inamlı qələbədən sonra azərbaycanlı futbolçu Nəriman Axundzadə haqqında diqqətçəkən açıqlamalar verib.
Gundem.today xəbər verir ki, gənc hücumçumuz cari mövsümdə ilk qələbə sevinci yaşayan komandasının heyətində 90-cı dəqiqədə meydana daxil olub.
Qarşılaşmanın ardınca mətbuat önünə çıxan mütəxəssis 21 yaşlı forvardın çıxışına xüsusi toxunub:
"Nəriman həqiqətən də çox istedadlı oyunçudur və biz onun burada olduqca parlaq gələcəyini görürük. Mən onu meydana daha erkən daxil etmək istəyirdim. Lakin məşqçilər korpusu dəyişiklik üçün tələsməməyi daha məqsədəuyğun hesab elədi. Nərimanın bu matçda az dəqiqə alması onun hazırlıq səviyyəsi ilə yox, bizim taktiki gedişlərlə bağlıdır".
Qeyd edək ki, Nəriman Axundzadənin komandası növbəti matçını aprelin 12-dən 13-nə keçən gecə "Orlando Siti"yə qarşı keçirəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçıların adları açıqlandı
Azərbaycanı Polşanın Katovitse şəhərində təşkil olunacaq şəxsi Avropa çempionatında 14 şahmatçı təmsil edəcək.
İdmanMontellanın milliyə çağırdığı 19 yaşlı istedad "Fənərbağça"nın hədəfində - FOTO
Belçikanın "Genk" klubunda çıxış edən istedadlı yarımmüdafiəçi Kenan Harun Türkiyə Superliqasına düşmək üzrədir.
İdmanDerbidə zədələnən Asensionun vəziyyəti məlum oldu
"Fənərbağça"nın ispan ulduzu Marko Asensio "Beşiktaş"la matçda aldığı zədə səbəbindən "Kayserispor"la qarşılaşmada yaşıl meydandan kənarda qalacaq.
İdman"Ayaks", "Barselona" və "Liverpul"un keçmiş ulduzu karyerasını bərpa etdi
Finlandiya futbol tarixinin canlı əfsanəsi, 55 yaşlı Yari Litmanen yenidən yaşıl meydanlara qayıtmaq qərarına gəlib.