
Ağ Ev işçilərinin birja hərraclarındakı aktivliyi - Trampı qəzəbləndirən məqam nədir?
Ağ Ev işçilərinə füçers hərraclarında iştirak məqsədilə vəzifə səlahiyyətlərindən yararlanmamaları barədə xəbərdarlıq edib.
Ağ Ev işçilərinə füçers hərraclarında iştirak məqsədilə vəzifə səlahiyyətlərindən yararlanmamaları barədə xəbərdarlıq edib.
Gundem.today xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşrinin mənbələrə istinadən məlumat yayıb.
Nəşrdə bildirilib ki, martın 23-də ABŞ Prezidenti Donald Trampın İranın elektrik stansiyaları və infrastrukturuna zərbələrin dayandırılmasını elan etməsinə bir neçə dəqiqə qalmış, dəyəri 760 milyon dollardan çox olan neft füçersləri ilə əməliyyatlar həyata keçirilib. Növbəti gün Ağ Evin idarəetmə şöbəsi prezident administrasiyasının əməkdaşlarına elektron bildiriş göndərərək, onları füçers bazarlarında ticarət üçün öz mövqelərindən qanunsuz istifadə etməkdən çəkindirməyə çağırıb.
"Prezident Tramp hər kəs üçün güclü və gəlirli fond bazarı arzulasa da, Konqres üzvlərinin və digər dövlət rəsmilərinin qeyri-ictimai məlumatlardan maliyyə məqsədləri üçün istifadə etməsinin qadağan olunmalı olduğunu çox aydın şəkildə ifadə edib", - deyə nəşr Ağ Evin nümayəndəsi Devis İnqlın sözlərinə istinadən sitat gətirib. Qəzetə təqdim olunan "Dow Jones Market Data" məlumatlarına görə, "Polymarket" platformasındakı üç iştirakçı İranla atəşkəsin vaxtını doğru təxmin edərək 600 min dollardan çox gəlir əldə edib. Lakin qəzet qeyd edir ki, amerikalı məmurların proqnoz bazarlarında varlanmaq üçün bu cür məlumatlardan istifadə etdiyinə dair heç bir sübut yoxdur.
Bundan əvvəl "Axios" portalı xəbər vermişdi ki, bəzi istifadəçilərin şübhəli fəaliyyəti fonunda ABŞ konqresmenləri ictimai-siyasi əhəmiyyət kəsb edən hadisələrin, o cümlədən seçkilərin nəticələri, hökumət qərarları, hərbi əməliyyatlar və idman yarışlarının yekunları ilə bağlı mərclərin bağlanmasını qadağan etmək istəyirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də nəhəng aviaşirkət yaranır? - Yanacağın bahalaşması rəqibləri birləşdirə bilər
Amerika Birləşmiş Ştatlarının dörd aparıcı aviaşirkətindən biri sayılan "United Airlines" əsas rəqiblərindən olan "American Airlines" ilə birləşmə ehtimalını araşdırır.
DünyaKamal Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş lideri Kamal Kılıçdaroğlu 11 ay 20 gün həbs cəzasına məhkum edilib.
DünyaDənizdən mühasirə: İran yumşalacaqmı? - VİDEO
"Ötən həftəsonu diplomatik cəhdlər ciddi uğursuzluqla nəticələnib: İslamabadda Amerika Birləşmiş Ştatları ilə İran arasında keçirilən yüksək səviyyəli danışıqlar heç bir nəticə verməyib. İran nümayəndə heyəti Vaşinqtonun nüvə proqramının tamamilə dayandırılması, zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsi və strateji əhəmiyyətə malik Hörmüz boğazının dərhal açılması kimi ultimatum tələblərinə qəti şəkildə rədd cavabı verib".
DünyaŞanlıurfada liseyə silahla hücum edən şəxslə bağlı TƏFƏRRÜAT - ANBAAN GÖRÜNTÜLƏR
Şanlıurfanın Siverek rayonunda yerləşən liseydə pnevmatik silahla atəş açan və 16 nəfəri yaralayan şəxslə bağlı bəzi məqamlar məlum olub.