
Ağ Evin yaxınlığında baş verən atışmada iki nəfər yaralanıb
Mayın 4-də Ağ Evin yaxınlığında baş verən atışma nəticəsində ən azı iki nəfər xəsarət alıb.
Mayın 4-də Ağ Evin yaxınlığında baş verən atışma nəticəsində ən azı iki nəfər xəsarət alıb.
Gundem.today-ın məlumatına görə, bu barədə ABŞ-nin Məxfi Xidmətinin rəis müavini Metyu Kuinn məlumat verib.
Onun sözlərinə görə, təmsil olunduğu qurumun əməkdaşları Ağ Evin yaxınlığında odlu silah aşkar ediblər.
"Əlaqə qurmağa cəhd edərkən naməlum şəxs qaçmağa çalışıb və hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açıb. Asayiş keşikçiləri cavab atəşi açıblar və həmin şəxs yaralanıb, hazırda xəstəxanadadır", - deyə rəis müavini bildirib.
Kuinn atəş açanın vəziyyəti barədə məlumat verməkdən imtina edib. O bildirib ki, atışma nəticəsində yaxınlıqda olan yetkinlik yaşına çatmayan bir şəxs xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur, xəstəxanada müayinə olunur.
Məxfi xidmətinin rəsmisi qeyd edib ki, hadisədən bir qədər əvvəl həmin ərazidən ABŞ-nin vitse-prezidenti Cey Di Vensın korteji keçib.
ABŞ-də Ağ Ev yaxınlığında atışma səslərinin eşidildiyi bildirilir.
Gundem.today-ın "Mash" "Telegram" kanalına istinadən verdiyi xəbərə görə, hadisə Prezident Donald Trampın çıxışı zamanı baş verib.
Ərazi polis tərəfindən mühasirəyə alınıb.
ABŞ Məxfi Xidmətinin məlumatına görə, hücum edən şəxs zərərsizləşdirilib.
Qeyd olunur ki, bu, son bir ayda ikinci belə hadisədir. Aprelin sonunda "Washington Hilton" otelində də Trampın iştirak etdiyi tədbir zamanı atışma səsləri eşidilmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKolumbiyada kömür mədənində PARTLAYIŞ: 12 nəfər dağıntılar altında qaldı
Kolumbiyada kömür mədənində partlayış baş verib, 12 nəfər dağıntılar altında qalıb.
DünyaTramp Avropadan məyusluğunu dilə gətirdi
ABŞ Prezidenti Donald Tramp Avropanın siyasətindən son dərəcə məyus olduğunu bildirib.
DünyaÇində dəhşətli partlayışda ölənlərin sayı artdı - Zavodun sahibinin həbsinə hazırlıq görülür
Çinin Hunan əyalətində fişəng zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 21-ə çatıb, daha 61 nəfər yaralandığı məlum olub.
DünyaÇində dəhşətli partlayışda ölənlərin sayı xeyli artdı
Çinin Hunan əyalətində fişəng zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 21-ə çatıb, daha 61 nəfər yaralandığı məlum olub.