
Ağcabədidə iki əmioğlu öldürüldü - Saxlanılan var
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfərin qətlə yetirilməsinin təfərrüatları məlum olub.
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfərin qətlə yetirilməsinin təfərrüatları məlum olub.
Gundem.today-ın əldə etdiyi məlumata görə, hadisə kəndin kənarındakı sahədə baş verib. Kənd sakini 1996-cı il təvəllüdlü Şaiq Telman oğlu Mamedovun rayonun Arazbarı kənd sakini 2004-cü il təvəllüdlü Əliniyaz Əliyevlə bir gün əvvəl mübahisəsi olub. Məlumata görə, Ş.Mamedov Ə.Əliyevi təhqir edib. Hadisədən sonra evə qayıdan Ə.Əliyev onu öldürmək qərarı verib.
O, evdən mətbəx bıçağı götürərək Yuxarı Qiyaməddinli kəndinə gəlib və Şaiqi görüşə çağırıb. Şaiq də əmisi oğlu Həsən Mamedovla birlikdə Əliniyazla görüşmək üçün kəndin kənarındakı sahəyə gəlib. Əvvəlcə Şaiq Əliniyazla söhbət edib. Söhbət mübahisə ilə nəticələnib və Əliniyaz Şaiqə bıçaq zərbələri endirib. Şaiqin bıçaqlandığını görən əmisi oğlu Həsən hadisəyə müdaxilə etmək istədikdə, Əliniyaz ona da zərbələr endirib. Hər iki şəxs hadisə yerində dünyasını dəyişib.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Arazbar kənd sakini, 22 yaşlı Əliniyaz Əliyev saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam etdirilir.
Samir Əli
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfər qətlə yetirilib.
Gundem.today-ın əldə etdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Şaiq Telman oğlu Mamedov, 1989-cu il təvəllüdlü Həsən Teymurxan oğlu Mamedov aldıqları bıçaq xəsarətlərindən həyatlarını itiriblər.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, Arazbar kənd sakini 22 yaşlı Əliniyaz Əliyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalMəktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Müxtəlif şəxsləri Bakıda məktəbə müəllim işinə düzəltmək adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Cəbrayıl Qəmbərovun barəsindəki cinayət işinin məhkəməsi yekunlaşıb.
KriminalAbşeronda SİLSİLƏ ƏMƏLİYYATLAR - Saxlanılanlar arasında qadınlar da var - VİDEO
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
KriminalNarkotikin təsiri altında maşını qanunsuz sürən şəxs HƏBS OLUNDU
"Changan" markalı, 77-QR-325 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü aprelin 25-də yol hərəkəti qaydalarını pozduğuna görə Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Kriminal7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİ
Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.