
Narkotikin təsiri altında maşını qanunsuz sürən şəxs HƏBS OLUNDU
"Changan" markalı, 77-QR-325 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü aprelin 25-də yol hərəkəti qaydalarını pozduğuna görə Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
"Changan" markalı, 77-QR-325 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü aprelin 25-də yol hərəkəti qaydalarını pozduğuna görə Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Gundem.today xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, sənədlərə baxış zamanı nəqliyyat vasitəsini idarə edən Zaur Hüseynovun sürücülük hüququnun məhdudlaşdırıldığı müəyyənləşib.
Qeyd edilib ki, yoxlama zamanı Z.Hüseynovun qeyri-adekvat davranışları əməkdaşlarda şübhə yaratdığından o, tibbi müayinədən keçirilib, onun narkotik vasitənin təsiri altında olduğu aşkar edilib.
Z.Hüseynov barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilib, o, inzibati qaydada həbs edilib.
"BDYPİ bir daha diqqətə çatdırır ki, sürücülük hüququ olmadan və ya məhdudlaşdırılmış vəziyyətdə, eləcə də narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlər qətiyyətlə davam etdirilir", - deyə məlumatda vurğulanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalMəktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Müxtəlif şəxsləri Bakıda məktəbə müəllim işinə düzəltmək adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Cəbrayıl Qəmbərovun barəsindəki cinayət işinin məhkəməsi yekunlaşıb.
KriminalAbşeronda SİLSİLƏ ƏMƏLİYYATLAR - Saxlanılanlar arasında qadınlar da var - VİDEO
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Kriminal7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİ
Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
KriminalBakıda YARIM MİLYONLUQ dələduzluq: Elxan Abbasov vətəndaşları necə aldadıb? - FOTO
Paytaxtın Xəzər rayonu ərazisində daşınmaz əmlakın sənədləşdirilməsi vədi ilə vətəndaşın 21 100 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirilib.