
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb - VİDEO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Gundem.today xəbər verir ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Ağdam şəhərinə 92 ailə - 332 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyətİncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
"27 aprel 2026-cı il tarixindən etibarən ölkə üzrə incəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin əyani imtahan mərhələsi başlanır. Qəbul prosesi müvafiq normativ qaydalara uyğun olaraq şəffaf və obyektiv meyarlar əsasında həyata keçirilir".
Cəmiyyət"Ermənilərin əsassız ittihamları vəziyyəti gərginləşdirə bilər" – İcma sədrindən İrəvana ÇAĞIRIŞ
"Ermənilərin işğaldan azad edilmiş ərazilərdə guya "erməni irsinin dağıdılması" barədə yaydıqları ənənəvi iddiaların özü bir daha bu yanaşmanın əsassız olduğunu göstərir. Çünki söhbət 30 il işğal altında saxlanılan, bir milyona yaxın azərbaycanlının öz doğma yurdundan didərgin salındığı Azərbaycan ərazilərindən gedir".
CəmiyyətKür məcrasından çıxdı, kənd sakinlərinə ciddi ziyan dəydi - VİDEO
Aramsız yağan yağışlar nəticəsində Kür çayında suyun səviyyəsi kəskin artıb, bəzi ərazilərdə çay məcrasından çıxıb.
CəmiyyətQalmaqallı xəstəxanada direktor vəzifəsi Kamil Hacıyevə həvalə edildi - FOTO
Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova ötən gün işdən çıxarılıb.