Son dəqiqə
Kriştianu Ronaldunun effektiv diyeti: Rusiyalı mütəxəssis futbolçunun qidalanmasını dəyərləndiribBəhreyndə İranın hücumlarını dəstəkləyən onlarla insan vətəndaşlıqdan məhrum edildiMəşhur aktyor səhhətindəki problemlərə görə karyerasına fasilə verirKİV: Vens Pentaqonun hesabatlarının etibarlılığına şübhə edirNəhəng qarşılaşma gəlir: Fyuri ilə Coşua üz-üzəBakıda bir ərazidə sürüşmə təhlükəsi artıb - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Ali Məhkəmə sağlam ətraf mühitdə yaşamaq hüququna aydınlıq gətirdi
Ali Məhkəmə sağlam ətraf mühitdə yaşamaq hüququna aydınlıq gətirdi
Cəmiyyət

Ali Məhkəmə sağlam ətraf mühitdə yaşamaq hüququna aydınlıq gətirdi

25 mart 2026
09:06
1 baxış
Paylaş:

Ali Məhkəmə 24 dekabr 2025-ci il tarixdə qəbul edilmiş "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Plenum qərarında sağlam ətraf mühitdə yaşamaq hüququna dair mühüm izahlar verib.

Ali Məhkəmə 24 dekabr 2025-ci il tarixdə qəbul edilmiş "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Plenum qərarında sağlam ətraf mühitdə yaşamaq hüququna dair mühüm izahlar verib.

Gundem.today xəbər verir ki, qərarda sağlam ətraf mühitdə yaşamaq hüququ şəxsin ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühitdə yaşamasına təminat verdiyi qeyd edilib.

Bu hüquq Konstitusiyanın 39-cu maddəsi, Azərbaycan Respublikasının tərəfdaş olduğu beynəlxalq hüquqi sənədlər, "Ətraf mühitin mühafizəsi haqqında", "Ekoloji təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının qanunları və digər aidiyyəti normativ hüquqi aktlarla qorunur.

Sağlam ətraf mühitdə yaşamaq hüququna aşağıdakı elementlər daxildir:

- hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq hüququ;

- ekoloji hüquqpozma ilə əlaqədar sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ;

- ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükənin törədilməsinin və ya zərərin vurulmasının qadağan edilməsi;

- ekoloji tarazlığının saxlanılması,

yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunması hüququ.

Ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühit dedikdə çirklənməmiş mühit (hava, torpaq, su, yerin təki, flora və fauna) və başqa formada zərərdən azad ekosistem başa düşülür.

Mülki hüquqi aspektdə ekoloji hüquqpozmalar aşağıdakılardır:

1. Ətraf mühitin çirklənməsi:

- fiziki (səs-küy, toz, radiasiya, istilik, vibrasiya və s.);

- kimyəvi (qaz, neft məhsulları, pestisidlər, ağır metallar və s.);

- bioloji (bakteriyalar, virus, göbələk və s.);

- mexaniki (plastik tullantılar, tikinti qalıqları və s.)

2. Ekosistemə zərər vurulması:

- ağacların qırılması;

- torpağın şoranlaşması və eroziyası;

- su hövzələrinin qurudulması;

- bioloji müxtəlifliyin azalması və s.

Ekoloji hüquqpozmaların törədilməsi şəxsin sağlam ətraf mühitdə yaşamaq hüququ ilə yanaşı, işin faktiki hallarından asılı olaraq aidiyyəti üzrə onun sağlamlığının qorunması və digər şəxsiyyət hüquqlarının pozulmasına, habelə mənəvi zərərin vurulmasına səbəb ola bilər.

Bu hüquqların müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinin irəli sürülməsi hüququ yol verilmiş ekoloji hüquqpozmaların fiziki şəxsin şəxsiyyət hüquqlarına birbaşa hüquqazidd müdaxilə ilə nəticələndiyi halda yaranır.

Sağlam ətraf mühitdə yaşamaqla bağlı kollektiv maraqların müdafiəsi məqsədi ilə qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) da şəxsiyyət hüquqlarının müdafiəsinə dair iddialar qaldıra bilərlər.

Bu iddialar üzrə qeyri-hökumət təşkilatlarının öz xeyirlərinə maddi və mənəvi zərərin kompensasiyası tələbləri istisna olunur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Bakıda bir ərazidə sürüşmə təhlükəsi artıb - VİDEOCəmiyyət

Bakıda bir ərazidə sürüşmə təhlükəsi artıb - VİDEO

Yerə tökülən qaya parçaları, məhv olan ağaclar və tarazlığını itirən ərazi...

Bu gün
01:540
Sakinlərin NƏZƏRİNƏ: Bu gün Bakının iki rayonunda qaz kəsiləcəkCəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Bu gün Bakının iki rayonunda qaz kəsiləcək

Paytaxtın iki rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Bu gün
01:240
Azyaşlının törətdiyi cinayətə görə günahkar kimdir? - "Uşaq elə filmlərə baxmamalıdır" - VİDEOCəmiyyət

Azyaşlının törətdiyi cinayətə görə günahkar kimdir? - "Uşaq elə filmlərə baxmamalıdır" - VİDEO

Son günlər Türkiyədə baş verən hadisə ölkəmizdə də ictimai müzakirələrə səbəb olub. Xüsusilə, azyaşlının törətdiyi ağır cinayətdən sonra valideynlərin məsuliyyətə cəlb olunması məsələsi suallar doğurur.

Bu gün
00:420
Akademik Zərifə Əliyevanın doğum günüdürCəmiyyət

Akademik Zərifə Əliyevanın doğum günüdür

Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.

Bu gün
00:010