Son dəqiqə
Pərvin Əkbərov TƏBİB sədrinin müşaviri vəzifəsindən çıxarıldıSEPAH Hörmüz boğazı yaxınlığında üç ticarət gəmisini ələ keçirdi - VİDEOElşən Abiyevə vəzifə verildi - ÖZƏLİran XİN: "Diplomatiyadan yalnız real şərtlər əsasında istifadə olunacaq"Hamlet Musayevin qızı həbs edildiSergey Rebrov Ukrayna millisi ilə yollarını ayırdı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Ali Məhkəmədən xüsusi statusla təkrar mənzil tələbi ilə bağlı MÜHÜM QƏRAR
Ali Məhkəmədən xüsusi statusla təkrar mənzil tələbi ilə bağlı MÜHÜM QƏRAR
Cəmiyyət

Ali Məhkəmədən xüsusi statusla təkrar mənzil tələbi ilə bağlı MÜHÜM QƏRAR

Bu gün
11:12
0 baxış
Paylaş:

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşların yalnız bir dəfə mənzillə təmin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşların yalnız bir dəfə mənzillə təmin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Gundem.today xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, işin hallarına görə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. O, ailə üzvləri ilə birlikdə 2012-ci ildə yerli icra hakimiyyəti tərəfindən ayrılmış mənzildə yaşayır. Həmin mənzil iddiaçının həyat yoldaşına verilmiş, sahə hesablanarkən iddiaçı da daxil olmaqla ailənin bütün üzvləri nəzərə alınıb. Lakin sonradan iddiaçı mənzilin sahəsinin kifayət etmədiyini əsas gətirərək yenidən mənzillə təmin olunmasını tələb edib, hətta mənzil növbəsinə də qəbul edilib. Aidiyyəti icra hakimiyyəti orqanı isə əvvəl bir dəfə mənzil verildiyini əsas gətirərək bu tələbi rədd edib.

Qeyd olunub ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək iddiaçının yenidən mənzillə təmin olunmasını məqsədəuyğun hesab edib. Apellyasiya instansiya məhkəməsi də qərarı qüvvədə saxlayıb. Bundan sonra cavabdeh orqan Ali Məhkəməyə müraciət edib:

"Ali Məhkəmə belə nəticəyə gəlib ki, qanunvericiliklə müəyyən edilən xüsusi kateqoriyadan olan şəxslərin mənzillə təminatı dövlətin mühüm sosial öhdəliklərindən biri olsa da, bu hüquq mütləq xarakter daşımır və müəyyən hüquqi çərçivələrlə məhdudlaşdırılır. Sosial hüquqların həyata keçirilməsi dövlətin maliyyə imkanları, resursların məhdudluğu və cəmiyyətdə sosial ədalətin təmin olunması zərurəti ilə sıx bağlıdır. Bu baxımdan dövlət yalnız fərdi maraqları deyil, bütövlükdə cəmiyyətin rifahını və ehtiyacı olan şəxslər arasında balansı nəzərə almalıdır.

Məhkəmə kollegiyası vurğulayıb ki, müharibə əlilləri və digər xüsusi statuslu şəxslər dövlətin xüsusi sosial müdafiəsində olan həssas qrupdur və onların mənzillə təmin olunması sosial ədalətin bərpasına xidmət edir. Lakin bu təminatın məqsədi həmin şəxslərə əlavə üstünlük qazandırmaq deyil, onların əsas yaşayış ehtiyacını aradan qaldırmaq və onları normal sosial həyat şəraitinə qaytarmaqdır. Bu səbəbdən dövlət tərəfindən bir dəfə mənzil verilməsi həmin sosial ehtiyacın təmin edilməsi kimi qiymətləndirilməlidir.

Ali Məhkəmə izah edib ki, xüsusi statusdan irəli gələn əsasla sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fonduna çıxış hüququ yalnız bir dəfə həyata keçirilə bilər. Əgər şəxs və ya onun ailə üzvü bu əsasla artıq mənzillə təmin olunubsa və həmin təminat zamanı bütün ailə üzvləri, o cümlədən iddiaçı nəzərə alınıbsa, bu halda həmin şəxs də faktiki olaraq bir dəfə mənzillə təmin edilmiş sayılır. Belə olan halda eyni əsasla yenidən mənzil tələb edilməsi qanunvericiliyin məqsədinə uyğun hesab edilə bilməz.

Məhkəmə qeyd edib ki, təkrar mənzil təminatı yalnız fərdi iddia ilə məhdudlaşmır, eyni zamanda, digər şəxslərin hüquqlarına təsir göstərir. Çünki dövlətin sosial resursları məhduddur və bir şəxsin eyni əsasla ikinci dəfə mənzil əldə etməsi hələ də mənzilə ehtiyacı olan digər şəxslərin bu hüquqdan yararlanma imkanlarını azalda bilər. Bu isə sosial ədalət və bərabərlik prinsiplərinə zidd olardı.

Nəticə etibarilə, cavabdehin kassasiya şikayəti təmin edilib".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#ali_məhkəmə#mənzil_təminatı#müharibə_əlilləri#xüsusi_kateqoriya#dövlət_mənzil_fondu#sosial_ədalət#məhkəmə_qərarı#mənzil_növbəsi#təkrar_mənzil_verilməsi#hüquqi_təcrübə#sosial_kirayə.

Oxşar Xəbərlər

Pərvin Əkbərov TƏBİB sədrinin müşaviri vəzifəsindən çıxarıldıCəmiyyət

Pərvin Əkbərov TƏBİB sədrinin müşaviri vəzifəsindən çıxarıldı

Pərvin Əkbərov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) icraçı direktorunun müşaviri vəzifəsindən azad olunub.

Bu gün
15:120
Elşən Abiyevə vəzifə verildi - ÖZƏLCəmiyyət

Elşən Abiyevə vəzifə verildi - ÖZƏL

Masallı Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Bu gün
15:060
Ölüm halları ilə məşhurlaşan tibb mərkəzinin direktoru İŞDƏN ÇIXARILDICəmiyyət

Ölüm halları ilə məşhurlaşan tibb mərkəzinin direktoru İŞDƏN ÇIXARILDI

Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.

Bu gün
14:520
Mirələm Cəlalov vəzifəsindən azad edildiCəmiyyət

Mirələm Cəlalov vəzifəsindən azad edildi

Azərbaycanın səhiyyə sistemində mühüm kadr yerdəyişməsi baş verib. TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi"nin direktoru Mirələm Cəlalov tutduğu vəzifədən azad olunub.

Bu gün
14:440