
Almaniya ABŞ ilə münasibətlərin pozulmasından ehtiyat edir?
Almaniyanın Kansleri Fridrix Merts qeyd edib ki, İrandakı münaqişə Amerika Birləşmiş Ştatları ilə münasibətləri risk altına atmamalı və stres-testə çevrilməməlidir.
Almaniyanın Kansleri Fridrix Merts qeyd edib ki, İrandakı münaqişə Amerika Birləşmiş Ştatları ilə münasibətləri risk altına atmamalı və stres-testə çevrilməməlidir.
Gundem.today xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
"Bu müharibə transatlantik səviyyədə stres-test olmamalıdır. Biz hazırda bu xüsusda birlikdə müəyyən nəticələr çıxarmalıyıq. Əgər planlaşdırdığımız addımlar uğursuz olarsa, bizi ciddi və çoxşaxəli qlobal böhran gözləyir", - deyə Merts vurğulayıb.
Xatırladaq ki, D.Tramp bundan əvvəl bildirmişdi ki, ABŞ-nin NATO-dakı müttəfiqləri İranda onlara dəstək verməkdən imtina etməklə özlərinə problem yaradıblar.
Bundan başqa "The Wall Street Journal" nəşri isə Trampın alyansı tərk etmək hədələri fonunda Avropada "Avropa NATO-su"nun yaradılması məsələsinin müzakirə olunduğu ilə bağlı məqalə dərc etmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaHörmüz boğazında atəşə tutulan gəmilərin hansı ölkəyə məxsus olduğu BİLİNDİ
Hörmüz boğazında hücuma məruz qalan gəmilərin hansı ölkəyə aid olduğu müəyyənləşib.
DünyaLatın Amerikasında gərginlik artır - Kolumbiya prezidentindən ABŞ-yə MESAJ
"Əgər Birləşmiş Ştatlar regionla əlaqələrinə yenidən baxmasa, Latın Amerikasında üsyanla üzləşəcək".
DünyaMüctəba Xameneidən hədə: "İran zərbə vurmağa hər an hazırdır"
İranın Ali Rəhbəri Müctəba Xamenei bəyan edib ki, İslam Respublikasının Hərbi Dəniz Qüvvələri rəqiblərini yenidən məğlub etməyə tam hazırdır.
DünyaMüctəba Xameneidən yeni savaşla bağlı KRİTİK AÇIQLAMA
İranın Ali Rəhbəri Müctəba Xamenei bəyan edib ki, İslam Respublikasının Hərbi Dəniz Qüvvələri rəqiblərini yenidən məğlub etməyə tam hazırdır.