
Paytaxtda yol xətlənməsi SUAL YARATDI: Qəza riskini artırır - VİDEO
Bakının əsas prospektlərindən birində aparılan yol xətlənməsi sürücülərin narazılığına səbəb olub.
Bakının əsas prospektlərindən birində aparılan yol xətlənməsi sürücülərin narazılığına səbəb olub.
Gundem.today xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayılıb.
Bildirilib ki, Qara Qarayev prospekti üzərində köməkçi yolda aparılan yeni xətlənmə sürücülər üçün çətinlik yaradır. Belə ki, tətbiq edilən qaydalara əsasən, sağa dönmə ikinci zolaqdan həyata keçirilməlidir. Bu isə sürücülərin fikrincə, həm hərəkəti çətinləşdirir, həm də qəza riskini artırır.
Sürücülər qeyd edirlər ki, mövcud xətlənmə yol hərəkəti zamanı çaşqınlıq yaradır və təhlükəsizlik baxımından əlavə risklər formalaşdırır.
Gundem.today-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, sözügedən ünvanda işlər tam yekunlaşmayıb:
"Ərazidə nişanlanma xətlərinin çəkilməsi və yol nişanlarının quraşdırılması davam etdirilir".
Aytac Qasımova
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətTürkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə olub - FOTO
Aprelin 18-də Türkiyə Ali Məhkəməsinin hakimi, Aparat rəhbəri Mehmet Fatih Belviranlı və onun rəhbərlik etdiyi nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib.
CəmiyyətBakının 556 küçəsi yuyuldu - FOTO
Bu gün Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən daxili iməcilikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.
CəmiyyətBakı-Qazax yolundan ŞİKAYƏT: "110-luq yolda aşağı sürətlə radara düşürük"
Bakı-Qazax avtomobil yolunun 76-cı kilometrliyində quraşdırılmış radar qurğusu ilə bağlı narazılıq yaranıb.
CəmiyyətHövsan avtobuslarından ŞİKAYƏT: "Dayanacaqda dayanmırlar" - VİDEO
Bakıda Hövsan istiqamətinə işləyən sərnişin avtobuslarının dayanacaqda dayanmaması narazılığa səbəb olub.