
Almaniyada qeyri-adi TAPINTI
Almaniyanın paytaxtı Berlin ətrafında gəzintiyə çıxan 13 yaşlı məktəbli iki minillikdən daha qədim tarixə malik, qədim Troyada istehsal olunmuş bürünc sikkə aşkar edib.
Almaniyanın paytaxtı Berlin ətrafında gəzintiyə çıxan 13 yaşlı məktəbli iki minillikdən daha qədim tarixə malik, qədim Troyada istehsal olunmuş bürünc sikkə aşkar edib.
Gundem.today xəbər verir ki, bu barədə "Arkeonews" nəşri məlumat yayıb.
Məlumata görə, bu tapıntı Almaniyanın paytaxtında indiyədək aşkarlanan ilk yunan sikkəsi kimi tarixə düşüb. Spandau ərazisində üzə çıxarılan, 12 millimetr diametrə və təxminən yeddi qram çəkiyə malik sikkənin üzərində Korinf dəbilqəli Afina profili, eləcə də kalatos adlı baş geyimi taxan, əlində nizə və iy tutan ilahə silueti həkk olunub.
Tədqiqatçılar sikkənin hazırda Troya adı ilə tanınan qədim İlion zərbxanasına aid olduğunu təsdiqləyiblər. İlkin qiymətləndirmələrə əsasən, bu tarixi əşyanın təxminən 2 300 yaşı var və eramızdan əvvəl 281-261-ci illərə aid edilir.
Əlavə olaraq bildirilib ki, məktəblinin arxeoloqlara göstərdiyi ərazi Tunc və Erkən Dəmir dövrlərini əhatə edən qədim məzarlıq olub. Qazıntı zamanı qəbirdən saxsı qab parçaları, yandırılmış insan qalıqları və bürünc düymə tapılıb.
Sikkənin materialının o qədər də qiymətli olmamasını əsas gətirən ekspertlər onun məzara xüsusi simvolik bəxşiş məqsədilə yerləşdirildiyini ehtimal edirlər. Sikkənin Şimali Avropaya kəhrəba ticarəti marşrutu vasitəsilə çatdığı, yunan tacirlərinin isə öz məhsullarını kəhrəbaya dəyişdiyi güman olunur.
Hazırda bu nadir tarixi əşya PETRI Berlin muzeyinin sərgisində ziyarətçilərə təqdim edilir.
Xatırladaq ki, bir müddət əvvəl iki amerikalı arxeoloq tərəfindən 1721-ci ildə Madaqaskar sularında batmış Portuqaliyanın "Nossa Senhora do Cabo" gəmisinin qalıqları tapılmışdı. Tədqiqatçı dalğıclar dəniz dibindəki qum və lil qatının altından dini təyinatlı heykəlciklər, dulusçuluq nümunələri və üzərində ərəb yazıları olan qızıl sikkələrin də yer aldığı 3 mindən çox tarixi əşya çıxarmışdılar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSahəsinin 99 faizini itirdi: Dünyanın ən böyük aysberqi parçalanır - FOTO
Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən 40 il ərzində izlənilən dünyanın ən böyük aysberqi A23a artıq öz ömrünü başa vurur.
DünyaRusiyalı həkimlər yeniyetmənin həyatını xilas etdilər: Mədəsinin üçdə ikisi tüklə dolu idi
Rusiyalı həkimlər mədəsində nəhəng tük yumağı aşkarlanan yeniyetmə qızın həyatını xilas ediblər.
DünyaDrezden yaxınlığında üç min ildən çox yaşı olan xəzinə aşkarlandı
Almaniyanın Drezden yaxınlığında yaşı 3 min ildən çox olan qədim xəzinə aşkarlanıb.
DünyaRusiyada qadın dırnağı qırıldığı üçün polisləri döyüb
Rusiyanın Kemerovo vilayətində polis əməkdaşlarına qarşı zorakılıq etməkdə təqsirli bilinən qadına məhkəmə hökm oxuyub.