Son dəqiqə
Lyayenin Türkiyə haqqında açıqlaması Avropanı qarışdırdı - Ankara izahat tələb etdiABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilibAzərbaycan nefti cüzi bahalaşıbAvropanın ən böyük aviaşirkəti yanacaq çatışmazlığı səbəbindən onminlərlə uçuşu ləğv edibAğsuda 54 yaşlı kişi heyvan otararkən öldüABŞ bir ölkəyə dollar tədarükünü dayandırdı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Sahəsinin 99 faizini itirdi: Dünyanın ən böyük aysberqi parçalanır - FOTO
Sahəsinin 99 faizini itirdi: Dünyanın ən böyük aysberqi parçalanır - FOTO
Dünya

Sahəsinin 99 faizini itirdi: Dünyanın ən böyük aysberqi parçalanır - FOTO

Bu gün
07:42
0 baxış
Paylaş:

Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən 40 il ərzində izlənilən dünyanın ən böyük aysberqi A23a artıq öz ömrünü başa vurur.

Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən 40 il ərzində izlənilən dünyanın ən böyük aysberqi A23a artıq öz ömrünü başa vurur.

Gundem.today xəbər verir ki, bu barədə institutun "Telegram" kanalında bildirilib.

Məlumata əsasən, buz nəhəngi kiçik hissələrə parçalanaraq, mövcud olduğu dövr ərzində ilkin sahəsinin 99%-ni itirib. Hazırda o, artıq bütöv bir aysberq kimi deyil, kiçik fraqmentlər şəklində mövcuddur.

İnstitutun Buz və Hidrometeorologiya Məlumat Mərkəzinin baş mütəxəssisi Polina Soloşuk bildirib ki, A23a hazırda Cənub okeanının sularında dreyf etməyə (xarici qüvvələrin - külək, axın və s. təsiri ilə hərəkət etməyə) davam edir və göz önündə parçalanır. Qeyd olunub ki, aysberqin sahəsi yanvar ayında təxminən 1 300 kvadratkilometr idisə, hazırda bu rəqəm 50 kvadratkilometrdən aşağı düşüb.

Xatırladaq ki, A23a aysberqi 1986-cı ildə Antarktidada yerləşən Filxner-Ronne buz şelfindən qoparaq yaranıb. O vaxt onun sahəsi 4 170 kvadratkilometr təşkil edib. Buzlaq 30 ildən çox Ueddell dənizinin mərkəzi hissəsində saya oturmuş vəziyyətdə qaldıqdan sonra hərəkətə keçib. 2023-cü ilin noyabrında açıq okeana çıxan aysberq, 2025-ci ilin əvvəllərində Cənubi Corciya adasına yaxınlaşıb və burada bir müddət hərəkətsiz qaldıqdan sonra yenidən dreyf edərək əriməyə və parçalanmağa başlayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#A23a_aysberqi#ən_böyük_aysberq#Arktika_və_Antarktika_Elmi-Tədqiqat_İnstitutu#Antarktida#Filxner_buz_şelfi#aysberqin_parçalanması#buzlaqlar#Cənubi_Georgiya_adası#dreyf#ekologiya#iqlim_dəyişikliyi

Oxşar Xəbərlər

Lyayenin Türkiyə haqqında açıqlaması Avropanı qarışdırdı - Ankara izahat tələb etdiDünya

Lyayenin Türkiyə haqqında açıqlaması Avropanı qarışdırdı - Ankara izahat tələb etdi

Avropa Komissiyası (AK) qurumun sədri Ursula fon der Lyayenin Türkiyə haqqında etdiyi mübahisəli çıxışına görə vəziyyətdən çıxış yolu axtarır.

Bu gün
09:560
ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilibDünya

ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib

Tehran minlərlə raket, pilotsuz aparatlar, eləcə də Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin əsas hissəsi daxil olmaqla əsas hərbi imkanlarını qoruya bilib.

Bu gün
09:480
Avropanın ən böyük aviaşirkəti yanacaq çatışmazlığı səbəbindən onminlərlə uçuşu ləğv edibDünya

Avropanın ən böyük aviaşirkəti yanacaq çatışmazlığı səbəbindən onminlərlə uçuşu ləğv edib

Avropanın ən böyük aviadaşıyıcısı olan Almaniyanın "Lufthansa" şirkəti yanacaq çatışmazlığı ucbatından 20 minə qədər uçuşu ləğv edəcək.

Bu gün
09:400
ABŞ bir ölkəyə dollar tədarükünü dayandırdıDünya

ABŞ bir ölkəyə dollar tədarükünü dayandırdı

ABŞ İraq hökumətinə təzyiq göstərmək və onları yerli iranyönümlü hərbi qruplaşmalarını buraxmağa məcbur etmək məqsədilə bu ölkəyə dollar əsginaslarının tədarükünü dayandırıb. Həmçinin Bağdadla təhlükəsizlik sahəsindəki əməkdaşlıq proqramlarını dondurub.

Bu gün
09:240