
Almaniyada qorxu dolu anlar: Sürət qatarında partlayış
Almaniyanın Ziqburq şəhərində yerli hüquq-mühafizə orqanları sürət qatarında partlayıcı vasitə işə salan və terror təhdidi səsləndirən 20 yaşlı maskalı şəxsi saxlayıb. İnsidentlə əlaqədar sərnişinlər dərhal təxliyə olunublar, qatarın hərəkəti isə tam dayandırılıb.
Almaniyanın Ziqburq şəhərində yerli hüquq-mühafizə orqanları sürət qatarında partlayıcı vasitə işə salan və terror təhdidi səsləndirən 20 yaşlı maskalı şəxsi saxlayıb. İnsidentlə əlaqədar sərnişinlər dərhal təxliyə olunublar, qatarın hərəkəti isə tam dayandırılıb.
Gundem.today xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Hadisə Frankfurt-Mayn istiqamətində hərəkətdə olan "ICE 19" reysində qeydə alınıb. Cinayətkar tualet otağından dəhlizə peyntbol qumbarası ataraq kəskin səsli partlayışa və tüstülənməyə səbəb olub. Nəticədə 12 nəfər xəsarət alıb ki, onların da çoxunun vəziyyəti yüngüldür. Almaniya vətəndaşı olan həmin şəxs tutulduqdan sonra onun çantasından iriölçülü bıçaq aşkar edilib.
"Saat 21:00-dan (Bakı vaxtı ilə saat 23:00) etibarən xilasetmə qüvvələri və polis Ziqburq stansiyasına cəlb olunub. Frankfurt-Maynın mərkəzi stansiyasına yollanan "ICE 19" sürət qatarı saat 20:30-dan platformada hərəkətsiz qalıb. Sözügedən ərazidə qatarların fəaliyyəti tam dayandırılıb. Təxminən 500 nəfər təhlükəsiz yerə çıxarılıb. Ehtimal olunur ki, maska taxan şəxs terror hücumu hazırlayırmış", - deyə yayılan xəbərdə qeyd edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı
ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir.
DünyaTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
Dünya"Qiyamət günü saatı" xəbərdarlığı: İrana qarşı nüvə silahından istifadə ehtimalı nə qədərdir?
"ABŞ və ya İsrail tərəfindən İrana qarşı nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır".