
Almaniyada radioaktiv element tapıldı: Sakinlər böyük faciədən son anda qurtuldular
Almaniyanın cənub-qərbindəki Fayhingen şəhəri yaxınlığında Pasxa yumurtası axtarışına çıxan iki sakinin tapıntısı genişmiqyaslı xüsusi əməliyyata səbəb olub.
Almaniyanın cənub-qərbindəki Fayhingen şəhəri yaxınlığında Pasxa yumurtası axtarışına çıxan iki sakinin tapıntısı genişmiqyaslı xüsusi əməliyyata səbəb olub.
Gundem.today "Bild" nəşrinə istinadən xəbər verir ki, vətəndaşlar meşəlik ərazidə üzərində "Polonium-210" etiketi olan şübhəli flakon aşkarlayıblar.
Qırmızı qapaqlı, ağ rəngli plastik qabı görən şəxslər dərhal xilasetmə xidməti ilə əlaqə saxlayıblar. Təhlükənin ciddiliyi nəzərə alınaraq, hadisə yerinə radiasiya təhlükəsizliyi qrupu da daxil olmaqla, 138 nəfərə yaxın çevik reaksiya əməkdaşı cəlb edilib. Mütəxəssislər şübhəli flakonu müsadirə edərək, onun xüsusi şəraitdə daşınmasını təmin ediblər.
Xilasetmə qüvvələrinin məlumatına görə, qabın üzərindəki yazı sadə əlyazma deyil, rəsmi şriftlərlə çap olunmuş etiketdir.
Qeyd edək ki, polonium güclü radioaktiv və radiotoksik xüsusiyyətlərə malik elementdir. Onun tənəffüs yolları və ya açıq yaralar vasitəsilə orqanizmə daxil olması ölümcül fəsadlar törədir. Xoşbəxtlikdən, hadisə yerində aparılan ilkin sınaqların nəticələri mənfi çıxıb, sızma aşkar edilməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİrana raket zərbələri: Tehranda sinaqoq və hava limanı vurulub -VİDEO
İran paytaxtının mərkəzi hissəsinə edilən son hücum nəticəsində Tehranda fəaliyyət göstərən sinaqoqlardan birinin binasına ziyan dəyib.
Dünyaİran Səudiyyə Ərəbistanında neft emalı zavodunu vurdu - VİDEO
İran Səudiyyə Ərəbistanının Cübeyl şəhərindəki neft-kimya kompleksinə hücum edib.
DünyaYaponiya xarici əməkdaşlar üçün yaşayış icazəsi qaydalarını sərtləşdirir
Yaponiya hökuməti ölkəyə gələn xarici korporativ əməkdaşlar üçün yaşayış icazəsinin alınması prosesini daha da mürəkkəbləşdirir.
DünyaBağırsaqların "düşmən"i olan qidalar: Rusiyalı qastroenteroloqdan mühüm xəbərdarlıq
Gündəlik rasionumuzda yer alan bəzi adi qidalar bağırsaq funksiyasına mənfi təsir göstərə və müxtəlif xəstəliklərə yol aça bilər.