
İrana raket zərbələri: Tehranda sinaqoq və hava limanı vurulub -VİDEO
İran paytaxtının mərkəzi hissəsinə edilən son hücum nəticəsində Tehranda fəaliyyət göstərən sinaqoqlardan birinin binasına ziyan dəyib.
İran paytaxtının mərkəzi hissəsinə edilən son hücum nəticəsində Tehranda fəaliyyət göstərən sinaqoqlardan birinin binasına ziyan dəyib.
Gundem.today-ın məlumatına görə, bu barədə "Mehr" agentliyi xəbər yayıb.
Məlumata əsasən, Tehranın mərkəzində yerləşən sinaqoq binası ciddi şəkildə zədələnib, tikilinin bəzi hissələri dağılıb. Qeyd olunur ki, ABŞ və İsrail qüvvələri tərəfindən paytaxtın atəşə tutulması zamanı mərmi sinaqoqun tam yaxınlığında partlayıb.
Yerli kütləvi informasiya vasitələri İsrailin Tehrandakı Mehrabad beynəlxalq hava limanına da hücum etdiyini bildirirlər. İslam Respublikasının cənubunda yerləşən Şiraz şəhərində də bir sıra güclü partlayışlar qeydə alınıb. Hazırda konkret hansı obyektlərin bombardmana məruz qaldığı barədə dəqiq məlumat yoxdur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Orion" pilotlu kosmik gəmisi Ay ətrafında uçuşunu başa vurub və Yerə qayıdır - VİDEO
"Artemida-2" missiyası çərçivəsində ABŞ-nin "Orion" kosmik gəmisinin ekipajı Ay ətrafında fırlandıqdan sonra Yerə qayıtmağa başlayır.
DünyaKİV: "Crocus" terrorun təşkilatçıları Moskvada daha bir qanlı hücum planlaşdırırdılar
"Crocus City Hall" konsert zalındakı terror aktının təşkilatçıları Moskva ərazisində ikinci bir hücum həyata keçirməyi planlaşdırsalar da, sonradan bu fikirdən daşınaraq bütün güclərini yalnız "Crocus"a yönəltmək qərarına gəliblər.
DünyaKİV: Müctəba Xamenei ağır vəziyyətdədir və ölkəni idarə edə bilmir
İranın Ali Rəhbəri Müctəba Xamenei huşsuz vəziyyətdədir və hazırda ölkəni idarə etmək iqtidarında deyil.
DünyaTehranda həbs edilən Yaponiya televiziyasının nümayəndəsi azad olundu
İran hakimiyyəti Yaponiya ictimai televiziyasının (NHK) Tehran bürosunun yanvarda saxlanılmış rəhbərini azad edib.