
Alyaskada tarixin ikinci ən hündür meqasunamisi qeydə alınıb
Ötən ilin yayında Alyaskanın cənub-şərqində yerləşən ucqar fyordda baş verən nəhəng meqasunami dalğası müşahidələr tarixində hündürlüyünə görə ikinci ən böyük dalğa kimi qeydə alınıb.
Ötən ilin yayında Alyaskanın cənub-şərqində yerləşən ucqar fyordda baş verən nəhəng meqasunami dalğası müşahidələr tarixində hündürlüyünə görə ikinci ən böyük dalğa kimi qeydə alınıb.
Gundem.today xəbər verir ki, bu barədə BBC teleradio şirkəti məlumat verib.
Qeyd olunub ki, bu nəhəng dalğa buzlaqların əriməsi nəticəsində yaranan təhlükələrin bariz nümunəsidir.
Tədqiqatçıların sözlərinə görə, bir sıra kiçik yeraltı təkanlar nəticəsində şiddətli torpaq sürüşməsi baş verib. Təxminən 64 milyon kubmetr həcmində qaya parçası bir dəqiqədən də az müddətdə suya tökülərək 500 metr hündürlüyündə dalğa yaradıb.
Məlumat üçün bildirək ki, tarixin ən hündür meqasunamisi 1950-ci illərdə qeydə alınıb və həmin vaxt dalğanın hündürlüyü 500 metrdən çox olub.
Alimlər vurğulayırlar ki, hadisə zamanı insan itkisinin olmaması yalnız vaxt amili ilə bağlıdır. Belə ki, təbii fəlakət səhər tezdən - turistlərin sevimli məkanı olan Treysi-Arm fyorduna gəmilərin daxil olmadığı vaxtda yaşanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDünyada yeni pandemiya riski yaranıb? - ÜST rəhbərindən AÇIQLAMA
"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir.
DünyaKaliforniya köpəkbalıqlarının hücumuna məruz qala bilər
"El-Ninyo" iqlim fenomeni səbəbindən ABŞ-nin Kaliforniya sahilləri köpəkbalıqlarının axınına məruz qala bilər.
DünyaBruney sultanı Filippinə səfəri zamanı təyyarəni özü idarə etdi - FOTO
Bruney Sultanı Hacı Həssənal Bolkiah ASEAN sammitində iştirak etmək məqsədilə şəxsi təyyarəsinin sükanı arxasında Filippinə gəlib.
DünyaRoma Papası banka zəng etdi, əməkdaş isə telefonu onun üzünə bağladı
Bank əməkdaşı Roma Papasının telefon zənginə şübhə ilə yanaşaraq dəstəyi onun üzünə asıb.