
Bruney sultanı Filippinə səfəri zamanı təyyarəni özü idarə etdi - FOTO
Bruney Sultanı Hacı Həssənal Bolkiah ASEAN sammitində iştirak etmək məqsədilə şəxsi təyyarəsinin sükanı arxasında Filippinə gəlib.
Bruney Sultanı Hacı Həssənal Bolkiah ASEAN sammitində iştirak etmək məqsədilə şəxsi təyyarəsinin sükanı arxasında Filippinə gəlib.
Gundem.today-ın məlumatına görə, bu barədə PNA agentliyi xəbər yayıb.
Nəşrin məlumatında bildirilir ki, sultan axşam saatlarında Filippinin Sebu şəhərindəki hərbi hava bazasına eniş edib. Uçuş zamanı onunla birlikdə oğlu şahzadə Əbdül Matin də təyyarədə olub.
Agentlik vurğulayır ki, Bruney sultanı müvafiq lisenziyaya malik təcrübəli pilotdur. Hassanal Bolkiahın lüks "Boeing-747" təyyarəsini idarə edərək xarici ölkələrə səfər etməsi ilk belə hal deyil. O, 2008 və 2012-ci illərdə Hindistana da uçuşlar həyata keçirib. 2013-cü ildə isə sultan ABŞ-nin o vaxtkı prezidenti Barak Obama ilə görüşmək üçün Vaşinqtona özü uçub. 2024-cü ildə o, "Royal Brunei Air" yerli aviaşirkətinin hava gəmisini idarə edərək Şərqi Timorun paytaxtındakı hava limanına uğurla eniş edib.
Qeyd edək ki, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) 48-ci sammiti 8-9 may tarixlərində Filippinin Sebu şəhərində keçiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDünyada yeni pandemiya riski yaranıb? - ÜST rəhbərindən AÇIQLAMA
"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir.
DünyaKaliforniya köpəkbalıqlarının hücumuna məruz qala bilər
"El-Ninyo" iqlim fenomeni səbəbindən ABŞ-nin Kaliforniya sahilləri köpəkbalıqlarının axınına məruz qala bilər.
DünyaAlyaskada tarixin ikinci ən hündür meqasunamisi qeydə alınıb
Ötən ilin yayında Alyaskanın cənub-şərqində yerləşən ucqar fyordda baş verən nəhəng meqasunami dalğası müşahidələr tarixində hündürlüyünə görə ikinci ən böyük dalğa kimi qeydə alınıb.
DünyaRoma Papası banka zəng etdi, əməkdaş isə telefonu onun üzünə bağladı
Bank əməkdaşı Roma Papasının telefon zənginə şübhə ilə yanaşaraq dəstəyi onun üzünə asıb.