
Lənkəranda çayxanada başlayan mübahisə qanla bitdi
Lənkəranda 36 yaşlı kişi bıçaqlanıb.
Lənkəranda 36 yaşlı kişi bıçaqlanıb.
Gundem.today "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Girdəni kəndindəki çayxanada baş verib.
Belə ki, şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı kənd sakini, 42 yaşlı Eldəniz Hüseynov həmkəndlisi 1990-cı il təvəllüdlü Samik Qadir oğlu Bayramova bıçaqla xəsarət yetirib.
Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
S.Bayramova döş qəfəsi və budun açıq yarası diaqnozu təyin olunub və əməliyyata götürülüb.
Əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Eldəniz Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəGəncədə 22 yaşlı qadın bıçaqlandı
Gəncədə 22 yaşlı qadın bıçaqlanıb.
HadisəTürkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU
Türkiyədə təhsil alan azərbaycanlı tələbə Əli Rüfət oğlu Rüstəmov yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
HadisəBiləsuvarda qadın həyat yoldaşını bıçaqladı
Biləsuvar rayonunun Bağbanlar kəndində ailədaxili münaqişə nəticəsində qadın həyat yoldaşını bıçaqlayıb.
HadisəBiləsuvarda qadın həyat yoldaşını bıçaqladı - VİDEO
Biləsuvar rayonunun Bağbanlar kəndində ailədaxili münaqişə nəticəsində qadın həyat yoldaşını bıçaqlayıb.