
Amnistiya aktının icrası BAŞA ÇATDI - Qərar neçə şəxsə şamil edildi?
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" 19 dekabr 2025-ci il tarixli Qərarın icrası başa çatıb.
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" 19 dekabr 2025-ci il tarixli Qərarın icrası başa çatıb.
Gundem.today xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, amnistiya aktının icrası qeyri-hökumət təşkilatları, media və digər vətəndaş cəmiyyəti nümayəndələri də cəlb edilməklə 4 ay müddətində həyata keçirilib.
Dövlətin humanizm siyasətinin növbəti təzahürü olan bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Belə ki, sayca 13-cü olan bu amnistiya aktı ümumilikdə 22 935 şəxsə şamil edilib.
Amnistiya tətbiq olunan şəxslərin 5 348-i müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad olunub. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 3 555 nəfərin cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.
Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 9 714 şəxsə də amnistiya tətbiq edilib. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 7 970, islah işləri cəzasına məhkum olunmuş 734, ictimai işlər cəzasına məhkum edilmiş 82, cərimə cəzasına məhkum edilmiş 741, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş 175, intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş 12 şəxs bu cəzalardan azad edilib. Eyni zamanda şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 1 059 məhkum barəsində də amnistiya tətbiq olunub.
Həmçinin məhkəmələrin icraatında olan işlər üzrə 1 676, ibtidai istintaq və təhqiqat orqanlarının icraatında olan işlər üzrə isə 1 583 olmaqla, ümumilikdə 3 259 şəxs cinayət məsuliyyətindən azad edilib.
Qeyd edək ki, 1996-cı ildən etibarən ümumilikdə qəbul edilmiş 13 amnistiya aktı dövlətin cəza siyasətində humanizmə, insan hüquqlarının daha səmərəli təminatına, sosial ədalətə, eləcə də bərpaedici yanaşmalara üstünlük verdiyini bir daha nümayiş etdirir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətGürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 55 xarici vətəndaşı saxlayıb.
CəmiyyətDİM sədrindən xarici dil fənni üzrə dinləməyə dair NARAZILIQLARA REAKSİYA
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə xarici dil fənni üzrə dinləmə mərhələsində yaranan narazılıqlara aydınlıq gətirib.
CəmiyyətNizami Kino Mərkəzinin direktoru işdən çıxarıldı
Nizami Kino Mərkəzinin direktoru işdən çıxarılıb.
Cəmiyyətİmtahanların başlama saatı DƏYİŞDİRİLDİ
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 3-də və daha sonrakı tarixlərdə, eləcə də iyun, iyul, avqust və sentyabr aylarında kağız daşıyıcılar vasitəsilə keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.