
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 55 xarici vətəndaşı saxlayıb.
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 55 xarici vətəndaşı saxlayıb.
Gundem.today xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilib ki, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Azərbaycan, Banqladeş, Belarus, İordaniya, Qırğızıstan, Kot-d'İvuar, Pakistan, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan vətəndaşları saxlanılıblar.
Xəbərdə bildirilir ki, araşdırmalar zamanı həmin şəxslərin Gürcüstanda qanunsuz yaşadıqları müəyyənləşib. Onların yaşayış yerlərində axtarışlar aparılıb, iş yerləri də yoxlanılıb.
Bütün saxlanılanlar müvəqqəti saxlama mərkəzinə aparılıb, onların deportasiyası ilə bağlı müvafiq proseduralar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBuraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək - FOTO
"Gələn il 11 illik tam orta təhsil səviyyəsində buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi ilə əlaqədar olaraq abituriyentlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur".
CəmiyyətAzərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı keçiriləcək - VİDEO
17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar olaraq, ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə müxtəlif şəhərlərdə WUF13 Festivalı keçiriləcək.
CəmiyyətSabah yağış yağacaq, şimşək çaxacaq - 28.04.2026
Azərbaycanda aprelin 28-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
CəmiyyətBakıda kollecə yeni direktor təyin edildi - FOTO
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyin edilən direktor Səbuhi Qurbanov kollektivə təqdim olunub.