
Ançelotti milli komandaların ən çox pul qazanan məşqçisi olacaq
Braziliya Futbol Konfederasiyası (CBF) milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə müqavilənin müddətini uzadıb.
Braziliya Futbol Konfederasiyası (CBF) milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə müqavilənin müddətini uzadıb.
Gundem.today "ESPN Brazil"'ə istinadən xəbər verir ki, 66 yaşlı italyanla saziş 2030-cu ilə qədər nəzərdə tutulub.
Ançelottinin maaşı illik 10 milyon avro təşkil edəcək, o, milli komandaların ən yüksək ödənişli məşqçisi olacaq. Əvvəlki müqavilə 2026-cı il dünya çempionatından sonra başa çatırdı.
Ançelotti Braziliya millisinə 26 may 2025-ci il tarixində rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında komanda 10 oyun keçirib - 5 qələbə, 2 heç-heçə və 3 məğlubiyyət.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanUEFA Çempionlar Liqası: "Real Madrid" "Bavariya"ya, "Sportinq" isə "Arsenal"a uduzdu - VİDEO
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarına start verilib.
İdmanHakimin qərarına əsəbiləşib planşeti qırdı - VİDEO
"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov bu gün "Zirə"yə qarşı 1:1 hesabı ilə başa çatan matçda etdiyi hərəkətlə gündəmə gəlib.
İdmanRumıniyalı məşqçi Mirça Luçesku vəfat edib
Rumıniyalı məşqçi Mirça Luçesku vəfat edib.
İdman"Böyük İpək Yolu" beynəlxalq turniri: Millimiz 21 medalla komanda hesabında birinci yeri tutub
Bakıda kişi və qadın boksçular arasında ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turnirinin qalibləri müəyyənləşib. 6 gün davam edən yarışda 10 ölkənin 126 idmançısı qüvvəsini sınayıb.