
Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub - FOTO
Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib və çıxış edib.
Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib və çıxış edib.
Gundem.today xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial media hesabında paylaşım edib.
Qeyd olunub ki, nazir qlobal geosiyasi parçalanmanın genişləndiyi və davam edən münaqişələrin fonunda regional əməkdaşlığın artan əhəmiyyətini vurğulayıb.
Qəbələ Zirvə Görüşündə yaradılan və 2026-cı ilin mart ayında İstanbulda daha da işlək mexanizmə çevrilən "OTS+" formatı ilə yanaşı, XİN başçılarının mütəmadi qeyri-rəsmi görüşlərinin inklüziv və strateji tərəfdaşlıqların inkişafına xidmət edən mühüm vasitə olduğu qeyd edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasət2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
"Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək".
SiyasətCeyhun Bayramov: "Yaxın aylarda Ermənistan-Azərbaycan normallaşma prosesinə dair labüd məsələlərin həlli yekunlaşa bilər"
"Biz hesab edirik ki, yaxın aylarda Ermənistan-Azərbaycan normallaşma prosesinə dair labüd məsələlərin həlli yekunlaşa bilər".
SiyasətElçin Əmirbəyov sülh prosesinin gələcəyi və "Qazan-qazan" prinsipi barədə danışıb
Azərbaycanın siyasəti regionda qurulan bütün əlaqələr və layihələrin hər bir ölkə üçün qarşılıqlı faydalı olmasına əsaslanır.
SiyasətMehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak edib - FOTO
Aprelin 18-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində "Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması" adlı panel iclas təşkil olunub.