
"AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" ilə bağlı konfrans keçirilir
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir.
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir.
Gundem.today xəbər verir ki, konfrans çərçivəsində "Kiçik və orta biznesdə qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanları" və "Ətraf mühitin qorunması və dayanıqlılığın gücləndirilməsində qadın liderliyi" mövzusunda panel müzakirələri təşkil ediləcək.
Tədbirin davamında AQEM Qadınlar Şurasının ilk iclası baş tutacaq.
İclas üzv dövlətlər arasında koordinasiya, dialoq və təcrübə mübadiləsinə yönəlmiş mandatını rəsmi olaraq tətbiq edəcək.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və AQEM-in Baş katibi Kayrat Sarıbay mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaqlar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətŞahin Həsənov yüksək vəzifəyə təyin olundu - FOTO
Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin olunub.
CəmiyyətXaçmazda uçmaq üzrə olan məktəblə bağlı RƏSMİ AÇIQLAMA: "Vəziyyətdən məlumatlıyıq"
Xaçmaz rayonu, Ağtala kənd məktəbinin qəzalı vəziyyətdə olması məsələsinə münasibət bildirilib.
CəmiyyətŞagirdlər soyuqda dərs keçirlər, bina uçmaq üzrədir - Ağtala məktəbi acınacaqlı vəziyyətdə
Xaçmaz rayonunun Ağtala kənd məktəbi qəzalı vəziyyətdədir.
CəmiyyətBakıdakı pandusların bir hissəsi standartlara uyğun deyil - RƏSMİ HESABAT
Ombudsmanın BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi mandatı çərçivəsində Bakı şəhərinin mərkəzində əlilliyi olan şəxslər üçün infrastrukturun müyəssərliyi ilə bağlı monitorinq aparılıb və əldə olunan nəticələrə dair hesabat hazırlanıb.