Son dəqiqə
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub10 nəfərdən yarım milyon manata yaxın pul alan maklerlə bağlı QƏRAR - FOTO"TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir - VİDEOLukas Torreyranın "Qalatasaray"dakı gələcəyi bəlli oldu - Yekun qərarRusiya Ermənistan istehsalı olan "Cermuk" suyunun satışını bir daha blokladıBinə stadionu beynəlxalq matçlara ev sahibliyi edəcək - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Atəşkəs bitdi, müharibə yenidən başladı: Pakistan Əfqanıstanda əməliyyata start verdi
Atəşkəs bitdi, müharibə yenidən başladı: Pakistan Əfqanıstanda əməliyyata start verdi
Dünya

Atəşkəs bitdi, müharibə yenidən başladı: Pakistan Əfqanıstanda əməliyyata start verdi

26 mart 2026
19:12
2 baxış
Paylaş:

Atəşkəs rejiminin başa çatmasının ardınca Pakistan ordusu Əfqanıstan ərazisində hərbi əməliyyatlara yenidən başlayıb.

Atəşkəs rejiminin başa çatmasının ardınca Pakistan ordusu Əfqanıstan ərazisində hərbi əməliyyatlara yenidən başlayıb.

Gundem.today xəbər verir ki, bu barədə TASS-a İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Əndrabi açıqlama verib.

Bir qədər əvvəl "TOLO News" telekanalı Əfqanıstan ordusunun nümayəndələrinə əsaslanaraq Pakistan aviasiyasının ölkənin hava sərhədlərini pozduğuna dair məlumat yaymışdı. Kabil ilə İslamabad arasında razılaşdırılmış atəşkəs martın 24-də yerli vaxtla gecəyarısı (Bakı vaxtı ilə martın 23-də saat 23:00-da) yekunlaşıb. Razılaşmanın müddətinin uzadılması ilə bağlı tərəflərin heç birindən rəsmi bəyanat gəlməyib.

"Hərbi əməliyyatlara verilən fasilə martın 23-dən 24-nə keçən gecə bitdi. Hazırda "Qəzab lil-Haq" (urdu dilindən tərcüməsi "Haqlı Qəzəb" deməkdir - red.) adlı əməliyyat icra olunur", - deyə rəsmi nümayəndə mətbuat konfransında media işçilərinin suallarına cavab olaraq qeyd edib.

Pakistan və Əfqanıstan sərhədində silahlı toqquşmalar fevralın 26-da axşam saatlarında bərpa olunmuşdu. Kabil bəyan etmişdi ki, hərbi addımlar Pakistan tərəfinin Əfqanıstan torpaqlarına təşkil etdiyi son aviazərbələrə cavab xarakteri daşıyır. Pakistanın Müdafiə Nazirliyinin rəhbəri Xavaca Asif isə dövlətinin Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hökuməti ilə açıq hərbi münaqişə şəraitində olduğunu bildirmişdi.

Xatırladaq ki, martın 18-də Kabil və İslamabad ramazan ayına görə beşgünlük atəşkəs barədə razılığa gəlmişdilər. Bu prosesdə Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı vasitəçilik missiyasını yerinə yetirmişdilər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Rusiya Ermənistan istehsalı olan "Cermuk" suyunun satışını bir daha blokladıDünya

Rusiya Ermənistan istehsalı olan "Cermuk" suyunun satışını bir daha blokladı

Rusiya İstehlakçılara Nəzarət Federal Xidmətinin (Rospotrebnadzor) təşəbbüsü ilə "Dürüst işarə" markalanma sistemi Ermənistan istehsalı olan təqribən 1.1 milyon şüşə "Cermuk" mineral suyunun ticarətini dayandırıb.

Bu gün
18:280
Belçika AES reaktorlarının sökülməsini dayandırdı və nüvə enerjisinə qayıdırDünya

Belçika AES reaktorlarının sökülməsini dayandırdı və nüvə enerjisinə qayıdır

Belçikanın Baş naziri Bart De Vever ölkəsinin dayandırılmış atom elektrik stansiyalarının (AES) reaktorlarının sökülməsi üzrə işləri dayandırdığını və nüvə energetikasını tam bərpa etmək niyyətində olduğunu bəyan edib.

Bu gün
17:560
Yeniyetmə Fransanı şoka saldı: Milyonlarla şəxsi məlumat oğurlandıDünya

Yeniyetmə Fransanı şoka saldı: Milyonlarla şəxsi məlumat oğurlandı

Fransada mühüm dövlət müəssisəsinin elektron sistemlərinə edilən kütləvi kiberhücum və məlumatların mənimsənilməsi işi üzrə 15 yaşlı şəxs şübhəli şəxs qismində cəlb olunub.

Bu gün
17:480
Niderlandda hərbi poliqonlarda irimiqyaslı yanğınlar: Sursat partlayışları təhlükəsi var - VİDEODünya

Niderlandda hərbi poliqonlarda irimiqyaslı yanğınlar: Sursat partlayışları təhlükəsi var - VİDEO

Niderlandda artilleriya poliqonunun ərazisində irimiqyaslı yanğın baş verib.

Bu gün
17:440