
"TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir - VİDEO
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində keçirilən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir.
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində keçirilən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir.
Gundem.today xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlim planına uyğun olaraq, müxtəlif epizodlar üzrə qarşılıqlı fəaliyyət tapşırıqları icra olunur. Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Sikorsky S-70" helikopteri vasitəsilə radioelektron mübarizə (REM) tədbirləri yerinə yetirilərək şərti düşmənin yerüstü radioelektron vasitələri susdurulub. Eyni zamanda, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "Mi-17" helikopteri ilə şərti hədəflərin aşkar edilməsi və məhv olunması üzrə tapşırıqlar uğurla icra edilib.
Təlimin keçirilməsində əsas məqsəd qardaş ölkələrin HHQ-ləri arasında birgə fəaliyyətlərin uzlaşdırılması, şəxsi heyətin peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
OrduMəşhur general professor oldu
Azərbaycan Ordusunun generalına yeni elmi ad verilib.
OrduAzərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər
Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər.
OrduAzərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər
Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər.
OrduAzərbaycanın və Türkiyənin Quru Qoşunları komandanları görüşdülər - FOTO
Aprelin 28-də Azərbaycanın müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.