
Niderlandda hərbi poliqonlarda irimiqyaslı yanğınlar: Sursat partlayışları təhlükəsi var - VİDEO
Niderlandda artilleriya poliqonunun ərazisində irimiqyaslı yanğın baş verib.
Niderlandda artilleriya poliqonunun ərazisində irimiqyaslı yanğın baş verib.
Gundem.today xəbər verir ki, bu barədə "Hart van Nederland" portalı məlumat yayıb.
Məlumata görə, yanğın təxminən 500 hektarı əhatə edib və söndürmə işlərini sursat partlayışı riski çətinləşdirir.
Yanğınsöndürənlər yalnız uzaq sahələrdən işləyə bilirlər, çünki bilavasitə yanğın zonasında yüksək temperaturdan partlaya biləcək sursat var.
Təhlükəli əraziyə yalnız zirehli texnikanın girişinə icazə verilib.
Yanğın hələlik lokallaşdırılmayıb və artıq ikinci gündür davam edən alovla mübarizənin axşama qədər belə başa çatmayacağı gözlənilir.
Əməliyyata xeyli sayda hərbi texnika və 100-dən çox yanğınsöndürmə xidməti əməkdaşı cəlb edilib.
Ölkədəki yeganə artilleriya və minaatan atışlarına icazə verilən poliqonda yanğının başvermə səbəbləri hələlik bəlli deyil.
Portal, həmçinin bildirib ki, Niderlandda "Oirschotse Heide" hərbi poliqonunun ərazisində də təbii yanğın başlayıb.
Məlumata görə, yanğın sahəsi təxminən 10 min kvadratmetr təşkil edir ki, bu da təqribən iki futbol meydançasına bərabərdir.
Qeyd olunub ki, alov kazarmaların yaxınlığında şiddətlənir. Yanğınsöndürənlər alovun daha da yayılmasını istisna etmirlər. Əraziyə iki yanğınsöndürmə taqımı - təxminən 12 xüsusi texnika səfərbər edilib. Yanğının səbəbləri hələlik müəyyən edilməyib.
Daha əvvəl KİV xəbər vermişdi ki, uzunmüddətli quraqlıq və yaxın vaxtlarda ölkə ərazisinin böyük hissəsində yağıntıların olmaması fonunda bir sıra əyalətlərdə yanğınların çoxalması riski elan edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu
"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".
DünyaABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb
Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.