
AVRO-2028-də biletlər builki mundialdakı parklanmadan ucuz olacaq
Böyük Britaniya və İrlandiyada keçiriləcək AVRO-2028 oyunlarına bəzi biletlərin qiyməti 30 funt sterlinqdən aşağı olacaq.
Böyük Britaniya və İrlandiyada keçiriləcək AVRO-2028 oyunlarına bəzi biletlərin qiyməti 30 funt sterlinqdən aşağı olacaq.
Gundem.today xəbər verir ki, bu barədə "Times Sport" nəşri "X" sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, bu qərar UEFA-nın azarkeşlər üçün daha əlçatan qiymətlər müəyyən etmək öhdəliyi ilə bağlıdır. Nəşrdə qeyd olunur ki, AVRO-2028-ə iki biletin qiyməti ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026 zamanı bir avtomobil üçün parklanma yerindən daha ucuz başa gələcək.
Daha əvvəl FIFA azarkeşlər üçün DÇ-2026 oyun günlərində stadion yaxınlığında parklanma yerlərini əvvəlcədən sifariş etmək imkanı yaradan saytı istifadəyə verib. Parklanma qiymətləri 75-175 dollar arasında dəyişir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanMbappe Çempionlar Liqasında rekord qırdı
Kilian Mbappe Çempionlar Liqasında (ÇL) səfər qolları üzrə rekord müəyyənləşdirib.
İdmanVinisius Junior Kriştianu Ronaldunu geridə qoydu
"Real Madrid"ın braziliyalı vingeri Vinisius Junior UEFA Çempionlar Liqasında Madrid klubunun tarixində ən yaxşı assistent olub.
İdmanUEFA Çempionlar Liqası: "Bavariya" - "Real Madrid" oyununda yeddi qol vuruldu
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin son oyunları keçirilib.
İdmanUEFA Çempionlar Liqası: "Bavariya" - "Real Madrid" oyununda yeddi qol vuruldu - VİDEO
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin son oyunları keçirilib.