
Çexiyada qızıl xəzinəsi tapan turistlərə fantastik mükafat veriləcək
Çexiyada qızıl sikkələr və qiymətli əşyalardan ibarət xəzinə tapan iki turist təxminən 480 min avro məbləğində mükafat alacaq.
Çexiyada qızıl sikkələr və qiymətli əşyalardan ibarət xəzinə tapan iki turist təxminən 480 min avro məbləğində mükafat alacaq.
Gundem.today "Ruski.radio.cz" saytına istinadən xəbər verir ki, xəzinə ölkənin şimal-şərqində yerləşən Podkrkonoşi dağlıq bölgəsində gəzinti zamanı aşkarlanıb. Tapılan qiymətli metalların ümumi çəkisi təxminən 7 kiloqramdır. Turistlər tapıntını dərhal muzeyə təhvil veriblər. Mükafatın ödənilməsi mədəni irsin qorunması haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Xəzinəyə 598 ədəd sikkə, həmçinin bəzək əşyaları, tütün qutuları və digər məmulatlar daxil olmaqla 30-dan çox müxtəlif əşya daxildir. Aparılan analizlər göstərib ki, sikkələrin demək olar ki, hamısı yüksək əyarlı qızıldan hazırlanıb.
Mütəxəssislərin qiymətləndirməsinə görə, tapıntının əsas hissəsini Fransamənşəli sikkələr təşkil edir. Bundan əlavə, xəzinədə Avstriya-Macarıstan zərbxanalarına aid nümunələr, həmçinin Belçika və Osmanlı sikkələri də mövcuddur ki, bu da tapıntının zəngin tarixi mənbələrə malik olduğunu sübut edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Maraqlıİtlərlə meditasiya: Fiziki və emosional rahatlığın müasir yolu - FOTOREPORTAJ
Son illər dünyada populyarlaşan itlərlə meditasiya klassik məşqlərdən fərqli olaraq fiziki hərəkətlərlə yanaşı emosional rahatlığı da ön plana çıxarır.
MaraqlıSüni parçalar immun sistemini poza bilər
Süni materiallardan hazırlanan geyimlərdən ayrılan mikroplastiklər nəfəs aldığımız hava, içdiyimiz su və qidalar vasitəsilə insan orqanizminə daxil ola bilir.
MaraqlıKüçədən xilas edilən 160 pişiyin pənah yeri - Sığınacaqdan FOTOREPORTAJ
2024-cü ildə fəaliyyətə başlayan bu sığınacaq cəmi üç küçə pişiyi ilə qurulub.
MaraqlıSovet dövründə dəyirmana çevrilərək dağıdılmaqdan xilas edilən məscid - FOTOREPORTAJ
Zəngin memarlıq üslubuna malik olan Quba şəhərindəki Cümə məscidinin tikintisi 1802-ci ildə ilə başa çatdırılıb.