
Avropa-Asiya hava məkanında uçuşların koordinasiyası Budapeştdə müzakirə olunub
Azərbaycanın rəhbərliyi ilə Budapeştdə SOCEA təşkilatının yüksəksəviyyəli iclası baş tutub. Avropa və Asiya ölkələrinin aeronaviqasiya xidməti rəhbərləri uçuşların təhlükəsizliyini, idarəetmə yanaşmalarını və koordinasiyanın gücləndirilməsini müzakirə ediblər.
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) sədrliyi ilə SOCEA təşkilatının (Avropa və Asiya Hava Hərəkəti Xidməti Təminatçıları Təşkilatı) hava hərəkətinin koordinasiyasının gücləndirilməsinə həsr olunan yüksəksəviyyəli müşavirəsi Budapeşt şəhərində keçirilib.
Gundem.today xəbər verir ki, tədbirdə "Uzaeronavigatsia", "Kyrgyzaeronavigatsia", "Kazaeronavigatsia", Türkiyənin Dövlət Hava Meydanları İdarəsi (DHMİ) və "HungaroControl" kimi aeronaviqasiya xidmət təminatçılarının rəhbərləri iştirak ediblər.
İştirakçılar regionlararası əməkdaşlığın inkişafı, idarəetmə yanaşmalarının təkmilləşdirilməsi və uçuşların təhlükəsizliyinin təmin olunması istiqamətində koordinasiya məsələlərini müzakirə ediblər.
İclas çərçivəsində regional və qlobal proseslərin hava hərəkətinə təsiri, həmçinin bu şəraitdə əməliyyat davamlılığının təmin edilməsi üzrə yanaşmalar nəzərdən keçirilib, hava daşımalarının təhlükəsiz və dayanıqlı təşkili ilə bağlı qərarlar qəbul olunub. Eyni zamanda, hava hərəkətinin idarə olunması, məlumat mübadiləsinin təşkili və qurumlararası qarşılıqlı fəaliyyət mexanizmləri müzakirə edilib.
Tədbir Avropa-Asiya istiqamətində artan hava hərəkətinin koordinasiyalı şəkildə idarə olunmasına, eləcə də regionlararası uçuşların təhlükəsiz və fasiləsiz həyata keçirilməsinə töhfə verir.
Qeyd edək ki, 11 sentyabr 2025-ci il tarixində Almatı şəhərində keçirilmiş SOCEA Baş Assambleyasında "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin direktoru təşkilatın prezidenti seçilib və sədrlik səlahiyyətləri rəsmi olaraq Türkiyədən Azərbaycana ötürülüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətDövlət agentliyi təmir işləri zamanı XƏTTİ ZƏDƏLƏDİ: 11 min abonent qazsız qaldı
Lənkəran şəhəri ərazisində ümumilikdə 11 000-ə yaxın abonentin təbii qaz təchizatı 24.04.2026-cı il tarixində saat 11:30-dan etibarən müvəqqəti olaraq dayandırılıb.
CəmiyyətAğdam daha 110 ailəyə qucaq açıb: Mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.
CəmiyyətDİM taksi sürücüləri üçün imtahan keçirəcək
Xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün mayın 19-da növbəti imtahan keçiriləcək.
CəmiyyətKür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edildi
Aprel 23-də Azərbaycan Respublikası baş nazirinin müavini, Komissiyanın sədri Şahin Mustafayevin rəhbərliyi ilə Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın 67-ci iclası keçirilib.