Son dəqiqə
Azərbaycan Kubokunun final oyununun keçiriləcəyi meydan məlum olub"Norm" və TKTA ustaların sertifikasiyası ilə bağlı ikinci layihəyə start verib - FOTOTehran hava limanında müəmmalı dağıntılar - VİDEOZəngilanda 80 nəfər pulsuz müayinə olundu - FOTO"Financial Times": Çin hakerləri "ağıllı" cihazlarla Qərb ölkələrinə kiberhücumlar edirUcarda vəhşi heyvan sakinlərə HÜCUM EDİB: Xəsarət alanların vəziyyəti açıqlandı - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. DİM taksi sürücüləri üçün imtahan keçirəcək
DİM taksi sürücüləri üçün imtahan keçirəcək
Cəmiyyət

DİM taksi sürücüləri üçün imtahan keçirəcək

Bu gün
13:12
0 baxış
Paylaş:

Xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün mayın 19-da növbəti imtahan keçiriləcək.

Xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün mayın 19-da növbəti imtahan keçiriləcək.

Gundem.today xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub.

Həmin şəxslər 24 aprel saat 11:00-dan 8 may saat 12:00-dək qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in saytında (https://ekabinet.dim.gov.az/) "Şəxsi kabinet" yaratmalı və göstərilən vaxtadək "Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. "Şəxsi kabinet"in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.

İmtahanda iştirak ödənişlidir. Namizədlər "Şəxsi kabinet" yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanı Bakıda DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) Gəncədə Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə, Bərdədə DİM-in Bərda Regional Bölməsində (H.Əliyev prospekti, 100), Naxçıvanda 4 saylı orta məktəbdə keçiriləcək. Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.

İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#taksi_sürücüləri#taksi_imtahanı#Dövlət_İmtahan_Mərkəzi#DİM_imtahan#taksi_şəhadətnamə#sərnişindaşıma_qaydaları#taksi_qeydiyyat#taksi_lisenziya#Rəqəmsal_İnkişaf_və_Nəqliyyat_Nazirliyi

Oxşar Xəbərlər

Zəngilanda 80 nəfər pulsuz müayinə olundu - FOTOCəmiyyət

Zəngilanda 80 nəfər pulsuz müayinə olundu - FOTO

Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində tədbirlər davam etdirilir. Həyata keçirilən təşəbbüslər "Böyük Qayıdış" proqramının mühüm tərkib hissəsidir.

Bu gün
14:400
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTOCəmiyyət

Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) departamentə yeni rəis təyin olunub.

Bu gün
14:160
Dövlət agentliyi təmir işləri zamanı XƏTTİ ZƏDƏLƏDİ: 11 min abonent qazsız qaldıCəmiyyət

Dövlət agentliyi təmir işləri zamanı XƏTTİ ZƏDƏLƏDİ: 11 min abonent qazsız qaldı

Lənkəran şəhəri ərazisində ümumilikdə 11 000-ə yaxın abonentin təbii qaz təchizatı 24.04.2026-cı il tarixində saat 11:30-dan etibarən müvəqqəti olaraq dayandırılıb.

Bu gün
13:440
Ağdam daha 110 ailəyə qucaq açıb: Mənzillərin açarları təqdim olunubCəmiyyət

Ağdam daha 110 ailəyə qucaq açıb: Mənzillərin açarları təqdim olunub

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

Bu gün
13:300