
Avropa İttifaqından kənar texnologiyalardan imtina: Fransa yeni rəqəmsal strategiyasını açıqladı
Fransa Avropa İttifaqından (Aİ) kənar ölkələrdən "Windows" və digər texnologiyalardan imtina etməklə rəqəmsal suverenliyin təmin olunması prosesini sürətləndirmək niyyətindədir.
Fransa Avropa İttifaqından (Aİ) kənar ölkələrdən "Windows" və digər texnologiyalardan imtina etməklə rəqəmsal suverenliyin təmin olunması prosesini sürətləndirmək niyyətindədir.
Gundem.today xəbər verir ki, bu barədə Fransanın İdarələrarası Rəqəmsal İdarəetmə Qurumu (DINUM) məlumat yayıb.
"İş proseslərindəki dəyişikliklərə gəldikdə, DINUM əməliyyat sisteminin "Windows"dan "Linux"a keçidini elan etdi", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, "Linux" şirkəti Fransanın açıq mənbə kodlu əməliyyat sistemidir. İddia olunur ki, "Linux"a keçid Fransanı xarici mənbələrdən rəqəmsal asılılığın azaldılmasına yaxınlaşdıracaq. Planın cari ilin payızında həyata keçirilməsi gözlənilir. Keçidə hazırlıq çərçivəsində iş stansiyalarının, birgə iş üçün alətlərin, antivirus proqram təminatının, süni intellektin və verilənlər bazasının seçimi müəyyən edilməlidir.
Təşəbbüsə artıq Fransanın Müəssisələrin Baş İdarəsi (DGE), Milli Kibertəhlükəsizlik Agentliyi (ANSSI) və Dövlət Satınalmaları İdarəsi (DAE) qoşulub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp: "Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq"
ABŞ Prezidenti Donald Tramp sərbəst gəmiçiliyin təmin edilməsi üçün ölkəsinin Hörmüz boğazını minalardan təmizləməyə başladığını bəyan edib.
DünyaABŞ Livan-İsrail danışıqları ərəfəsində Beyrutun bombalanmayacağına zəmanət verib
Aprelin 14-də Vaşinqton şəhərində start götürəcək Livan və İsrail arasındakı müzakirələrdən öncə ABŞ Beyrut üçün təhlükəsizlik təminatı alıb.
Dünyaİranın Qum əyalətində hava hücumundan zərər görən dəmiryol körpüsü bərpa olundu
İranın Qum vilayətində hava zərbələri səbəbindən zərər görmüş dəmiryol körpüsünün bərpası 40 saatdan da qısa vaxt ərzində yekunlaşıb.
DünyaRusiya-Ukrayna cəbhəsində Pasxa atəşkəsi başladı
Rusiya Prezidenti Vladimir Putinin Pasxa bayramı ilə əlaqədar elan etdiyi atəşkəs qüvvəyə minib.