
Avropa Komissiyasından Aİ ölkələrinə büdcə böhranı ilə bağlı XƏBƏRDARLIQ
Avropa Komissiyası (AK) Avropa İttifaqına (Aİ) üzv ölkələrin hökumətlərini xəbərdar edib ki, enerji daşıyıcılarının yüksək qiymətləri fonunda iqtisadiyyatın dəstəklənməsinə həddən artıq xərclər büdcə böhranına gətirib çıxara bilər.
Avropa Komissiyası (AK) Avropa İttifaqına (Aİ) üzv ölkələrin hökumətlərini xəbərdar edib ki, enerji daşıyıcılarının yüksək qiymətləri fonunda iqtisadiyyatın dəstəklənməsinə həddən artıq xərclər büdcə böhranına gətirib çıxara bilər.
Gundem.today xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Aİ ölkələrinə yanacağın yüksək qiymətləri ilə mübarizə tədbirləri təklif olunur. Elektrik enerjisinə subsidiyalar, vergi və aksizlərin azaldılması, qiymət məhdudiyyətləri tövsiyə edilir.
AK narahatdır ki, həddən artıq səxavətli dəstək tədbirləri yüksək inflyasiyaya və büdcə kəsirinin kəskin artımına gətirib çıxara bilər.
"Bu, AK-nin ümumi vəzifəsidir. İqtisadiyyatın bir sektorunda baş verənlər bütün cəmiyyətə təsir edə bilər. AK üzv ölkələrin hökumətlərinə texniki məsləhətlər verir və istifadə etmək istədikləri siyasi alətlərin hazırlanmasında, onlar üçün mövcud olan fiskal çərçivəni aşmadan yardım göstərir", - deyə enerji üzrə komissar Dan Yörgensen bildirib.
Nəşrdə qeyd edilir ki, dövlət dəstəyi tədbirləri həqiqətən büdcə böhranına gətirib çıxarsa, bu, son altı ildə Aİ üçün üçüncü iqtisadi böhran olacaq.
"2020-ci ildə blok koronavirus pandemiyasının fəsadları ilə üzləşdi, iki il sonra isə Ukrayna böhranı nəticəsində iqtisadi çətinliklər yarandı. Nəticədə Aİ-də ümumi dövlət borcunun səviyyəsi 2019-cu ildə ÜDM-in 77.8 faizindən keçən ilin sonunda 82.1 faizə yüksəldi", - deyə nəşrdə bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ məktəblərində hücumların qarşısını almaq üçün PUA-lar tətbiq edilir
ABŞ-nin Florida və Corciya ştatlarında bir neçə məktəb uşaqlara qarşı silahlı hücumların qarşısını almaq məqsədi ilə mühafizə dronları sistemlərini tətbiq etməyə başlayıb.
DünyaABŞ-də son 24 ilin REKORDU: Maye qaz gəliri 5,5 milyard dollara çatdı
ABŞ Milli Statistika Xidmətinin məlumatına görə, Birləşmiş Ştatlar mayeləşdirilmiş təbii qaz (LNG) ixracı sahəsində yeni tarixi rekorda imza atıb.
DünyaSAXAL Livanda "Hizbullah"ın silah anbarlarını məhv etdi - VİDEO
Livanda mülki əhalinin məskunlaşdığı ərazidə gizlədilən bir sıra terror infrastrukturu və silah anbarları məhv edilib.
DünyaDaha bir Afrika ölkəsi ABŞ-dən deportasiya olunanları pul müqabilində qəbul etməyə razılaşıb
Konqo Demokratik Respublikası (KDR) Birləşmiş Ştatlardan deportasiya olunan üçüncü ölkə vətəndaşlarına sığınacaq verəcək.