
SAXAL Livanda "Hizbullah"ın silah anbarlarını məhv etdi - VİDEO
Livanda mülki əhalinin məskunlaşdığı ərazidə gizlədilən bir sıra terror infrastrukturu və silah anbarları məhv edilib.
Livanda mülki əhalinin məskunlaşdığı ərazidə gizlədilən bir sıra terror infrastrukturu və silah anbarları məhv edilib.
Gundem.today xəbər verir ki, bu barədə SAXAL "Telegram" kanalında məlumat paylaşıb.
Qeyd olunub ki, son bir neçə gün ərzində hərbi hava qüvvələri (HHQ) Livanın bir neçə ərazisində mülki binalar və infrastruktur daxilində gizlədilmiş atıcı qurğuları və silah anbarlarını müəyyən edərək sıradan çıxarıb.
Bundan başqa İsrail Müdafiə Qüvvələrinin (SAXAL) "Telegram" kanalında "Nahal" briqadasının Livanın cənubunda terrorçuların məhvi və onların silahlarını, infrastrukturunu dağıtmaq məqsədini daşıyan aktiv əməliyyatları davam etdirdiyi də bildirilib.
"Son əməliyyatlar zamanı bölmə "Nahal"ın dörd əsgərinin qətlində iştirak edən üç yaraqlını zərərsizləşdirməyə müvəffəq olub.
Terrorçular döyüşdə məhv edilib və sonrakı dəqiq kəşfiyyat təhlili onların İsrail əsgərlərinin ölümündə iştirakını təsdiqləyib. Silahlı qüvvələr xüsusən də ölkənin şimal bölgələrində yaşayan İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Livanın cənubunda əməliyyatları davam etdirəcək", - deyə bəyanatda diqqətə çatdırılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİndoneziyada vulkan qəflətən püskürdü: Sakinlər təxliyəyə çağırıldılar - VIDEO
İndoneziyanın Şərqi Yava regionunda Semeru vulkanının fəaliyyətə keçməsi müşahidə edilib.
DünyaYaxın Şərqdəki gərginlik Misir iqtisadiyyatını çökdürdü: Hökumət hərəkətə keçdi
Misirin paytaxtı Qahirənin mərkəzində Yaxın Şərqdəki gərginlik fonunda artan elektrik enerjisi xərclərini azaltmaq məqsədilə hökumət yeni qərar qəbul edib. Sərəncama əsasən, kafelər, mağazalar və restoranlar hazırda daha tez bağlanacaq.
DünyaKüveytdə mərmi qalıqlarının düşməsi nəticəsində altı nəfər xəsarət alıb
Küveytin şimalındakı yaşayış məntəqəsinə mərmi qəlpələrinin düşməsi nəticəsində ən azı altı nəfər yaralanıb.
DünyaABŞ məktəblərində hücumların qarşısını almaq üçün PUA-lar tətbiq edilir
ABŞ-nin Florida və Corciya ştatlarında bir neçə məktəb uşaqlara qarşı silahlı hücumların qarşısını almaq məqsədi ilə mühafizə dronları sistemlərini tətbiq etməyə başlayıb.