
Daha bir Afrika ölkəsi ABŞ-dən deportasiya olunanları pul müqabilində qəbul etməyə razılaşıb
Konqo Demokratik Respublikası (KDR) Birləşmiş Ştatlardan deportasiya olunan üçüncü ölkə vətəndaşlarına sığınacaq verəcək.
Konqo Demokratik Respublikası (KDR) Birləşmiş Ştatlardan deportasiya olunan üçüncü ölkə vətəndaşlarına sığınacaq verəcək.
Gundem.today xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, bu proses ABŞ rəhbərliyi ilə imzalanmış yeni razılaşma əsasında həyata keçiriləcək. KDR hökuməti aprel ayından etibarən xarici vətəndaşları qəbul etməyə hazırlaşır. Bununla belə, Afrika dövlətinin rəsmiləri qəbul ediləcək şəxslərin dəqiq sayını bildirməyiblər.
KDR rəhbərliyi bəyan edib ki, deportasiya olunanların paytaxt Kinşasada məskunlaşdırılması ilə bağlı bütün maliyyə xərcləri ABŞ tərəfindən qarşılanacaq. Bu istiqamətdə şəhər ətrafında miqrantların yerləşdirilməsi üçün xüsusi infrastruktur yaradılacaq.
Ötən il ABŞ rəhbəri inaqurasiyadan sonrakı çıxışında qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparacağını və milyonlarla miqrantı ölkədən çıxaracağını vəd etmişdi. Həmçinin Meksika ilə sərhəddəki duruma görə fövqəladə hal elan ediləcəyi və hərbi qüvvələrin cəlb olunacağı barədə xəbərdarlıq etmişdi. Hazırkı administrasiya qanunsuz miqrantların məhkəmə qərarı olmadan deportasiyasına icazə verib.
Qeyd edək ki, Birləşmiş Ştatlar indiyədək miqrantların Qana, Kamerun, Ekvatorial Qvineya, Salvador və Kosta-Rikaya göndərilməsi barədə də razılıq əldə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİndoneziyada vulkan qəflətən püskürdü: Sakinlər təxliyəyə çağırıldılar - VIDEO
İndoneziyanın Şərqi Yava regionunda Semeru vulkanının fəaliyyətə keçməsi müşahidə edilib.
DünyaYaxın Şərqdəki gərginlik Misir iqtisadiyyatını çökdürdü: Hökumət hərəkətə keçdi
Misirin paytaxtı Qahirənin mərkəzində Yaxın Şərqdəki gərginlik fonunda artan elektrik enerjisi xərclərini azaltmaq məqsədilə hökumət yeni qərar qəbul edib. Sərəncama əsasən, kafelər, mağazalar və restoranlar hazırda daha tez bağlanacaq.
DünyaKüveytdə mərmi qalıqlarının düşməsi nəticəsində altı nəfər xəsarət alıb
Küveytin şimalındakı yaşayış məntəqəsinə mərmi qəlpələrinin düşməsi nəticəsində ən azı altı nəfər yaralanıb.
DünyaABŞ məktəblərində hücumların qarşısını almaq üçün PUA-lar tətbiq edilir
ABŞ-nin Florida və Corciya ştatlarında bir neçə məktəb uşaqlara qarşı silahlı hücumların qarşısını almaq məqsədi ilə mühafizə dronları sistemlərini tətbiq etməyə başlayıb.