Son dəqiqə
Keçmiş icra başçısının polkovnik qardaşı vəfat etdiNağdsız əməliyyatların sayı niyə azalıb? - VİDEOMəsud Pezeşkian ilə SEPAH arasında gərginlik yaşanır?Ekspertlərdən üzücü ehtimal: "Şimal dənizinə buraxılan qozbel balina "Timmi" sağ qalmayıb"Rəsmi Tehran: "Hücum olarsa, cavab sarsıdıcı olacaq"Qəbiristanlıqda aşkarlanan iki yaşlı körpənin anası tapıldı: Övladından imtina etdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Avropanın diqqəti Bakıda: Regionun açar dövləti Azərbaycandır
Avropanın diqqəti Bakıda: Regionun açar dövləti Azərbaycandır
Siyasət

Avropanın diqqəti Bakıda: Regionun açar dövləti Azərbaycandır

Bu gün
21:28
0 baxış
Paylaş:

"Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasın "Avropa Siyasi Birliyinin" İrəvanda keçirilən 8-ci Zirvə toplantısından dərhal sonra Bakıya gələrək Prezident İlham Əliyevlə görüşməsi regionun əsas dövlətinə - Azərbaycana olan münasibətin göstəricisidir".

"Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasın "Avropa Siyasi Birliyinin" İrəvanda keçirilən 8-ci Zirvə toplantısından dərhal sonra Bakıya gələrək Prezident İlham Əliyevlə görüşməsi regionun əsas dövlətinə - Azərbaycana olan münasibətin göstəricisidir".

Bu fikirləri Gundem.today-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, Aİ və AK rəhbərliyində olan şəxslər başa düşürlər ki, regionda Azərbaycansız heç bir layihə icra oluna bilməz:

"Ölkəmiz Cənubi Qafqazın həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən lider dövlətidir. Regiondakı proseslərdə rolumuz danılmazdır. İkinci Qarabağ müharibəsindəki qələbəmiz yeni reallıqlar formalaşdırıb. Rəsmi Bakı müharibədən dərhal sonra sülh təşəbbüsü ilə çıxış etdi. Artıq regiona dayanıqlı sülh gəlib. Təbii ki, regionda əmin-amanlıq Aİ-nin də maraq dairəsindədir. Çünki qurum sabitlikdən istifadə edib layihələrini də reallaşdırmaq niyyətindədir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan Zəngəzur dəhlizi həm Avropa, həm Asiya ölkələri, eyni zamanda ABŞ üçün yeni imkanlar yaradacaq".

Deputat əlavə edib ki, müxtəlif qruplar Azərbaycan-Aİ münasibətlərinə zərbə vurmağa çalışsa da, bu alınmayıb:

"Kaya Kallas xüsusi vurğulayıb ki, o, Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir. Aİ rəsmisi bu imkanı "tarixi fürsət" adlandırıb. Qurum müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Onlar, həmçinin işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə də dəstək verirlər. Hesab edirəm ki, Kallasın səfəri Azərbaycanın digər Aİ strukturları ilə münasibətlərinə təkan verəcək. Rusiya-Ukrayna müharibəsi Azərbaycana olan marağı daha da artırdı. Davamlı olaraq apardığımız siyasət Avropa liderlərinin diqqətini çəkdi və bu kontekstdə onlar da Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyir".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Avropa_İttifaqı_(Aİ)#Kaya_Kallas

Oxşar Xəbərlər

Siyasi kampaniyalar iflasa uğrayır: Aİ Azərbaycanla əməkdaşlığı dərinləşdirirSiyasət

Siyasi kampaniyalar iflasa uğrayır: Aİ Azərbaycanla əməkdaşlığı dərinləşdirir

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfəri son illərdə formalaşan Avropa İttifaqı-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi siqnaldır. Bu səfər, xüsusilə də regionda dəyişən geosiyasi reallıqlar fonunda tərəflər arasında etimadın qorunduğunu və əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini bir daha təsdiqləyir.

Bu gün
22:540
Rusif Hüseynov: "Azərbaycan-Ermənistan ikitərəfli əməkdaşlığı real nəticələr verib"Siyasət

Rusif Hüseynov: "Azərbaycan-Ermənistan ikitərəfli əməkdaşlığı real nəticələr verib"

"Müharibədən sonrakı mərhələdə Azərbaycan Ermənistanla münasibətlərdə ikitərəfli formatı üstün tutur".

Bu gün
20:480
Meloninin Azərbaycana səfəri Avropaya hansı mesajları verdi? - VİDEOSiyasət

Meloninin Azərbaycana səfəri Avropaya hansı mesajları verdi? - VİDEO

Cənubi Qafqazın geosiyasi xəritəsində yeni konturlar cızılır.

Bu gün
20:360
İrəvanda özünü evində hiss edən Serdar Kılıçın acizlik qoxan mədhiyyəsi...Siyasət

İrəvanda özünü evində hiss edən Serdar Kılıçın acizlik qoxan mədhiyyəsi...

Cənubi Qafqaz regionundakı geosiyasi dəyişikliklər bu gün bütün dünyanın diqqət mərkəzindədir. Sözsüz ki, bu dəyişikliklərin kökündə uzun illər müharibə və qeyri-sabitlikdən əziyyət çəkən regionumuzda Azərbaycanın yaratdığı yeni reallıqlar və ölkəmizin öndərliyində formalaşdırılan sülh şəraiti dayanır. Bu gün Türkiyə və Azərbaycan əl-ələ verib regionun gələcəyinə yön verir və bu prosesdə hətta uzun illər torpaqlarımızı işğal altında saxlayan, bir çox müharibə cinayətlərinə imza atan və nəhayət 4

Bu gün
20:140