
Avropanın ən yaşlı şiri ölüb
Avropada öz növünün ən yaşlı nümayəndəsi hesab edilən "Cibo" adlı şir 27 yaşında ölüb.
Avropada öz növünün ən yaşlı nümayəndəsi hesab edilən "Cibo" adlı şir 27 yaşında ölüb.
Gundem.today-ın xəbərinə görə, bu barədə "BFMTV" nəşrinə Fransanın Sen-Marten-la-Plen kommunasından "Tonqa Terre deakkey" assosiasiyası məlumat verib.
Heyvan güclü yorğunluq vəziyyətinə çatdığı sirkdən xilas edildikdən sonra həmin assosiasiyaya gətirilib.
Assosiasiyanın məlumatına görə, "Cibo" 2012-ci ildə eyni nəsildən olan "Yendi" adlı şirlə birlikdə himayəyə götürülüb. Hər iki yırtıcı o zaman son dərəcə arıq vəziyyətdə olub. "Cibo"nun yoldaşı 2016-cı ildə vəfat edib, daha sonra onunla birlikdə yerləşdirilən dişi şir "Princessa" da ölüb.
Assosiasiyanın vitse-prezidenti və baytar Jan-Kristof Jerar qeyd edib ki, heyvan insanlardan çox qorxurmuş. Onun sözlərinə görə, çubuq gördüyü zaman şir ya təşvişə düşürmüş, ya da aqressiya göstərirmiş.
"Cibo" aprelin ortalarınadək özünü yaxşı hiss edib. Lakin daha sonra qəfildən qidalanmağı, hərəkət etməyi dayandırıb və baytarlar onun evtanaziya edilməsi qərarına gəliblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin miqrasiya siyasəti "Şrek" cizgi filmi ilə sintez edildi - MARAQLI VİDEO
Ağ Ev "Şrek" cizgi filmindən bir parçadan və "Smash Mouth" qrupunun "All Star" mahnısından istifadə edərək ABŞ-nin İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) işinə dair videoçarx hazırlayıb.
DünyaTexnologiya dünyada zənginlərin sayını kəskin artırır
Yaxın beş il ərzində qlobal miqyasda milyarderlərin sayının 25% artaraq, hazırkı 3 110 nəfərdən 3 915-ə çatacağı proqnozlaşdırılır.
Dünyaİnsanları müalicə edən itlər özləri nə hiss edir?
İnsanlar çox vaxt itlərlə vaxt keçirməkdən hüzur tapırlar. Bəs bu dördayaqlı dostlarımız terapevt rolunda çıxış edərkən və insanlara dəstək olarkən həzz alırlarmı? Niderlandlı tədqiqatçılar məhz bu suala cavab tapmaq qərarına gəliblər.
DünyaFransada kriptovalyuta sahiblərinə 90-cı illərin filmlərindəki kimi işgəncə verilir
İlin əvvəlindən bəri Fransada rəqəmsal pul (kriptovalyuta) sahiblərinin qaçırılması ilə bağlı 41 cinayət hadisəsi qeydə alınıb.