
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.
Gundem.today xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan təmsilçilərinin ilk rəqibləri bəlli olub.
Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə (6 kişi, 5 qadın) təmsil olunacaq. Turnirdə 36 ölkədən 295 idmançı mübarizə aparacaq.
Mayın 8-dən 10-dək keçiriləcək Astana "Böyük Dəbilqə"sində ilk yarış günü təsnifat mərhələsi saat 10:00-da, final bloku isə saat 16:00-da start götürəcək.
Azərbaycan cüdoçularının rəqiblərini təqdim edirik:
Kişilər
66 kq, 1/16 final
Rəşad Yelkiyev - Hyonu An (Koreya)
Turan Bayramov - Matteo Piras (İtaliya)
73 kq, 1/8 final
Rəşid Məmmədəliyev - Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə
90 kq, 1/16 final
Aslan Kotsoyev - Aybol Nissanali (Qazaxıstan)
+100 kq, 1/8 final
Camal Feyziyev - Yakub Sordil (Polşa)
Uşanqi Kokauri - Jantilek Nurtilepuli (Qazaxıstan)
Qadınlar
48 kq, 1/16 final
Şəfəq Həmidova - Aytana Dias Hernandes (İspaniya)
48 kq, 1/8 final
Könül Əliyeva - Sevinç Murodova (Özbəkistan) / Kristina Dudina (Rusiya) cütünün qalibi ilə
52 kq, 1/16 final
Leyla Əliyeva - Taniştha Tokas (Hindistan)
52 kq, 1/8 final
Gültac Məmmədəliyeva - Şraddha Kadubal Çopade (Hindistan)
70 kq, 1/8 final
Südabə Ağayeva - Miriam Butkereyt (Almaniya).
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzarkeşlərin üsyanından sonra "Liverpul" geri addım atdı
"Liverpul" klubu yaxın illərdə ev oyunlarına biletlərin qiymətlərinin artırılması planına yenidən baxdığını açıqlayıb.
İdmanEmin Əmrullayev: "Minifutbol turnirlərinin keçirilməsi gənclərin idmana marağının artmasında rol oynayır"
"Minifutbol turnirlərinin keçirilməsi gənclərin idmana marağının artmasında rol oynayır".
İdmanFərid Qayıbov: "Bu dəfə minifutbolda fərqli finala şahidlik etdik"
"Dövlət qurumlarının əməkdaşları arasında keçirilən ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirində bu dəfə fərqli final oyunu oldu".
İdmanBakı-Xankəndi Azərbaycan Velosiped Yarışı təşkil olunacaq - VİDEO
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışında mayın 10-14-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışından bəhs olunub.