
Emin Əmrullayev: "Minifutbol turnirlərinin keçirilməsi gənclərin idmana marağının artmasında rol oynayır"
"Minifutbol turnirlərinin keçirilməsi gənclərin idmana marağının artmasında rol oynayır".
"Minifutbol turnirlərinin keçirilməsi gənclərin idmana marağının artmasında rol oynayır".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev deyib.
O, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirində final matçından öncə keçirilən yoldaşlıq oyunu barədə danışıb:
"Maraqlı və gərgin mübarizənin şahidi olduq. Dostluq qalib gəlsin deyə, tərəflər bir-birinə güzəşt edirdilər. Bu cür turnirlər gənclərin idmana marağının artmasında rol oynayır. Müxtəlif peşə sahiblərinin bir araya gəlib belə turnirlərdə mübarizə aparması çox xoş haldır və təqdirəlayiqdir".
Qeyd edək ki, nazir "Hökumət" komandasının heyətində çıxış edib. Onun komandası "Parlament" kollektivi ilə 6:6 hesablı heç-heçəyə razılaşıb.
"Dövlət qurumlarının əməkdaşları arasında keçirilən ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirində bu dəfə fərqli final oyunu oldu".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinin final matçı barədə fikirlərini bölüşüb:
"Yarışın təşkilatçılarına təşəkkürümü bildirirəm ki, bu cür gözəl turnir təşkil ediblər. Qarşılaşmalar bir-birindən maraqlı keçirdi. Bu dəfə fərqli finala şahidlik etdik. Son 2 ildə Ədliyyə komandası turnirin qalibi olurdu. Bu dəfə isə SOCAR komandası qələbə qazandı. Bu komanda son illərdə yarımfinala qədər irəliləyə bilirdi. Bu dəfə qızıl medallara sahib çıxdılar. SOCAR-ı təbrik etmək istəyirəm. Onlar dövlət qurumları arasında keçirilən digər idman növlərində də fəal iştirak edirlər".
Bakıda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turniri başa çatıb. SOCAR komandası finalda böyükhesablı qələbə qazanaraq yarışın qalibi olub.
Gundem.today "Report"a istinadən xəbər verir ki, dövlət qurumlarının əməkdaşları arasında keçirilən turnirin həlledici qarşılaşmaları və təltifetmə mərasimi Bakı Tennis Akademiyasında təşkil olunub.
Final görüşündə Azərişıq komandası ilə qarşılaşan SOCAR rəqibini 5:0 hesabı ilə məğlub edərək çempionluq kubokunu başı üzərinə qaldırıb. Turniri bütün görüşlərdə qələbə ilə başa vuran SOCAR üzvləri qızıl medallarla təltif ediliblər. Finalda məğlub olan "Azərişıq" gümüş, üçüncü yerin sahibi Ədliyyə Nazirliyinin kollektivi isə bürünc medallara sahib çıxıb.
SOCAR komandasının baş məşqçisi Fuad Rzayev qələbə ilə bağlı təəssüratlarını bölüşərək, nəticənin onlar üçün də müəyyən mənada gözlənilməz olduğunu bildirib:
"Turnirdə çox güclü komandalar mübarizə aparırdı. Qələbə qazanacağımızı gözləyirdik, lakin finaldakı böyükhesablı qalibiyyət bizim üçün də sürpriz oldu. Bu uğur oyunçularımızın böyük zəhmətinin nəticəsidir. Yarış yüksək səviyyədə təşkil olunmuşdu".
Tədbirin sonunda qalib komandaya yarışın baş mükafatı olan kubok təqdim edilib.
Dövlət qurumlarının əməkdaşları arasında keçirilən, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibi və üçüncü yerin sahibi müəyyənləşib.
Gundem.today "Report"a istinadən xəbər verir ki, üçüncü yer uğrunda keçirilən matçda Ədliyyə kollektivi Baş Prokurorluq komandasını 2:1 hesabı ilə məğlub edib.
Final görüşündə isə SOCAR Azərişıq komandasına 5:0 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb.
Qarşılaşmalar Bakı Tennis Akademiyasında keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzarkeşlərin üsyanından sonra "Liverpul" geri addım atdı
"Liverpul" klubu yaxın illərdə ev oyunlarına biletlərin qiymətlərinin artırılması planına yenidən baxdığını açıqlayıb.
İdman"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.
İdmanFərid Qayıbov: "Bu dəfə minifutbolda fərqli finala şahidlik etdik"
"Dövlət qurumlarının əməkdaşları arasında keçirilən ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirində bu dəfə fərqli final oyunu oldu".
İdmanBakı-Xankəndi Azərbaycan Velosiped Yarışı təşkil olunacaq - VİDEO
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışında mayın 10-14-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışından bəhs olunub.