
Azərbaycan Avroparlamentlə əlaqəni niyə kəsdi? - "Rasional və prinsipial qərardır" - FOTO
"Avropa siyasətində "demokratiyanın səsi" kimi təqdim olunan Avropa Parlamenti son illər Azərbaycana münasibətdə getdikcə daha çox sual doğuran, qərəzli və selektiv yanaşmaları ilə diqqət çəkir".
"Avropa siyasətində "demokratiyanın səsi" kimi təqdim olunan Avropa Parlamenti son illər Azərbaycana münasibətdə getdikcə daha çox sual doğuran, qərəzli və selektiv yanaşmaları ilə diqqət çəkir".
Bunu Gundem.today-a deputat Vüqar İskəndərov Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, rəsmi Bakının dəfələrlə bu qurumu obyektiv mövqeyə çağırmasına baxmayaraq, qəbul edilən qətnamələr və verilən bəyanatlar göstərir ki, burada prinsipiallıqdan çox siyasi sifarişlər və lobbi maraqları üstünlük təşkil edir:
"Azərbaycanın bu qurumla münasibətləri rəsmi şəkildə dayandırmaq qərarı təsadüfi addım deyil. Milli Məclis tərəfindən qəbul edilən bu qərar əslində uzun müddətdir yığılıb qalan narazılıqların məntiqi nəticəsidir. Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılması, o cümlədən Avronest Parlament Assambleyası çərçivəsində fəaliyyətə xitam verilməsi artıq formal münasibətlərin belə mənasını itirdiyini göstərir. Məsələ təkcə siyasi bəyanatlarla məhdudlaşmır. 30 aprel tarixində qəbul edilən qətnamə fonunda Avropa İttifaqı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və etiraz notasının təqdim edilməsi də vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Bu adekvat addımlar Azərbaycanın suverenliyinə və daxili işlərinə müdaxilə cəhdlərinə qarşı açıq mesajdır. Reallıq ondan ibarətdir ki, xüsusilə Azərbaycanın Vətən müharibəsindən sonra Avropa Parlamenti ölkəmizə qarşı ardıcıl şəkildə qərəzli mövqe sərgiləyib. Müharibədən sonrakı dövrdə qəbul edilən 10-dan artıq qətnamə - istər "mədəni irs", istər "insan hüquqları", istərsə də regional proseslərlə bağlı - balanslı yanaşmadan uzaq olub və əksər hallarda birtərəfli qərəzli məlumatlara əsaslanıb. Bu isə həmin sənədlərin siyasi motivli olduğunu açıq şəkildə ortaya qoyur".
V.İskəndərovun sözlərinə görə, Prezident İlham Əliyev hələ 2026-cı ilin yanvarında "Euronews" telekanalına müsahibəsində bu məsələyə toxunaraq bildirmişdi ki, Avropa Parlamentində formalaşan anti-Azərbaycan mövqeyi müəyyən lobbi qruplarının təsirinin nəticəsidir:
"Bu fikri təsdiqləyən kifayət qədər fakt var. Son illərdə Avropa Parlamentinin özü də müxtəlif qalmaqallarla gündəmə gəlib. Xüsusilə Qatargeyt kimi korrupsiya iddiaları, eləcə də müxtəlif şirkət və dövlətlərin təsir imkanları barədə yayılan məlumatlar bu qurumun şəffaflığı ilə bağlı ciddi şübhələr yaradıb. Bu fonda onun digər ölkələrə "dərs keçməsi" ən azı paradoksal görünür. Digər tərəfdən, Avropa Parlamentinin real təsir imkanları da tez-tez müzakirə olunur. Qanunvericilik təşəbbüsü hüququnun məhdud olması, qəbul edilən qətnamələrin hüquqi deyil, daha çox siyasi xarakter daşıması bu təsisatın faktiki rolunu sual altına alır. Bununla yanaşı böyük maliyyə xərcləri, deputatların gəlirlərinə nəzarət mexanizmlərinin zəifliyi də tənqid obyektidir. Bütün bunların fonunda Azərbaycanla bağlı qəbul edilən qətnamələrin obyektivlikdən uzaq olması təəccüb doğurmur. Bu sənədlər nə regionda sülhə töhfə verir, nə də real problemlərin həllinə xidmət edir. Əksinə, onlar gərginliyi artırır və dialoq imkanlarını məhdudlaşdırır. Nəticə etibarilə Azərbaycanın Avropa Parlamenti ilə münasibətləri dayandırması emosional deyil, rasional və prinsipial qərardır. Bu addım ölkənin suveren siyasətinə hörmət tələbini və beynəlxalq münasibətlərdə ikili standartların qəbul olunmadığını bir daha nümayiş etdirir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİtaliyada meşə yanğınları: Minlərlə insan təxliyə edildi - VİDEO
İtaliyanın Toskana bölgəsində, Piza ilə Lukka şəhərləri arasında tüğyan edən meşə yanğınları səbəbindən 3 500-dən çox insan təxliyə olunub.
DünyaNiderland meşə yanğınları ilə bacarmır - İlk dəfə Avropa ölkələrindən yardım istədi
Niderlandda bir neçə hərbi poliqonda baş verən meşə yağınlarının qarşısını almaq məqsədilə Avropa ölkələrinə müraciət edərək yardım istəyib.
DünyaAvropa Parlamentinin qərəzli qətnaməsi, sülh prosesinə maneə yaratmaq məqsədi - FOTO
"Avropa Parlamenti adlanan, demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən, bir qrup məsuliyyətini anlamayanlardan ibarət "parlamentari"nin mövcud olduğu bir "qurum"un ölkəmizə qarşı qəbul etdiyi növbəti qərəzli qətnamə hər birimizdə ikrah doğurur. Bu əsassız, ittiham və qərəzlə dolu qətnamə sadəcə əhəmiyyətsiz bir kağız parçasıdır".
DünyaRəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi
Əgər ABŞ telekommunikasiya sahəsində əlavə qadağalar tətbiq edərsə, Pekin yerli şirkətlərin müdafiəsi istiqamətində bütün zəruri addımları atacaq.