Son dəqiqə
Baş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gedibİran ABŞ ilə danışıqlar aparmaqdan İMTİNA ETDİFIFA qadın millilərin yeni reytinq siyahısını təqdim etdi: Azərbaycan neçənci sıradadır?Yol təsərrüfatında milyonluq uyğunsuzluq: Rəsmi hesabat yayımlandıGürcüstanın güc strukturlarında kadr dəyişiklikləri baş veribAzərbaycan Kuboku: İlk finalçının adı məlum oldu
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisə yaradacaq
Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisə yaradacaq
İqtisadiyyat

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisə yaradacaq

Bu gün
15:12
0 baxış
Paylaş:

"Serbiyanın Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının tikintisi layihəsinin icrası üçün birgə müəssisənin yaradılması planlaşdırılır".

"Serbiyanın Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının tikintisi layihəsinin icrası üçün birgə müəssisənin yaradılması planlaşdırılır".

Gundem.today "Report"a istinadən xəbər verir ki, bu barədə Serbiyanın Mədən və Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı müzakirələr Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyətinin görüşündə aparılıb.

Belə ki, Azərbaycan nümayəndə heyəti Serbiyanın Energetika Nazirliyi, "Elektroprivreda Srbije" və "Srbijagas" şirkətlərinin nümayəndələri ilə texniki səviyyədə bir sıra görüşlər keçirib.

"Tərəflər may ayının əvvəlində müqavilə şərtlərinin tam razılaşdırılacağına ümid edir", - məlumatda qeyd olunub.

Qeyd edilib ki, görüşün əsas mövzusu layihə üzrə müqavilənin kommersiya və texniki şərtlərinin razılaşdırılması olub.

Məlumata görə, sənəddə layihə üzrə tərəflərin - "Elektroprivreda Srbije", "Srbijagas" və SOCAR-ın iştirak payı və öhdəlikləri müəyyən ediləcək.

Nazirliyinin məlumatına əsasən, bu qaz elektrik stansiyası Serbiyanın strateji sənədlərində nəzərdə tutulmuş mühüm enerji layihələrindən biridir və ölkənin elektrik enerjisi sistemində əlavə baza güclərinin yaradılmasına, xüsusilə cənub bölgələrində sənayenin enerji təminatının gücləndirilməsinə xidmət edəcək. Stansiyanın 2030-cu ilədək istifadəyə verilməsi planlaşdırılır.

"Hazırda layihə çərçivəsində elektrik enerjisi üzrə təxminən 500 meqavat, istilik enerjisi üzrə isə 150 meqavat güc nəzərdən keçirilir", - nazirlikdən qeyd edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Azərbaycan_Dövlət_Neft_Şirkəti_(SOCAR)#Energetika_Nazirliyi#Serbiya#Qaz_elektrik_stansiyası

Oxşar Xəbərlər

Yol təsərrüfatında milyonluq uyğunsuzluq: Rəsmi hesabat yayımlandıİqtisadiyyat

Yol təsərrüfatında milyonluq uyğunsuzluq: Rəsmi hesabat yayımlandı

Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var.

Bu gün
21:180
Hesablama Palatası Gəncədə 11 milyona yaxın artıq xərclər aşkarladıİqtisadiyyat

Hesablama Palatası Gəncədə 11 milyona yaxın artıq xərclər aşkarladı

Hesablama Palatası Gəncədə 11 milyona yaxın artıq xərclər aşkarlayıb.

Bu gün
20:560
Bank kartına pul köçürülənlərin DİQQƏTİNƏ - Vergi orqanı sizi araşdıra bilərİqtisadiyyat

Bank kartına pul köçürülənlərin DİQQƏTİNƏ - Vergi orqanı sizi araşdıra bilər

Son dövrlər məlum olduğu kimi vətəndaşlar arasında "Card to Card" əməliyyatları geniş vüsət alıb. Bunun əsas səbəbi insanların vaxta qənaət edərək, daha rahat və sürətli formada bir-birinə pul köçürmələrini reallaşdıra bilmə imkanıdır.

Bu gün
19:060
Nazirlik təhsil müəssisələri üçün 18 milyonluq məhsul alırİqtisadiyyat

Nazirlik təhsil müəssisələri üçün 18 milyonluq məhsul alır

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələri üçün mebel, idman inventarları və digər təyinatlı məhsullar alacaq.

Bu gün
17:540