
Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb - FOTO
Aprelin 16-da Brüssel şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni ikitərəfli saziş üzrə danışıqların bərpası və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə növbəti müzakirələrin aparılması məqsədilə görüş keçirilib.
Aprelin 16-da Brüssel şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni ikitərəfli saziş üzrə danışıqların bərpası və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə növbəti müzakirələrin aparılması məqsədilə görüş keçirilib.
Gundem.today bu barədə Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir.
Qeyd olunur ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa İttifaqı tərəfinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin icraçı direktorunun müavini Audrone Perkauskiene rəhbərlik edib.
Konstruktiv ruhda keçən müzakirələr hər iki sənəd üzrə mövqelərin qarşılıqlı əsasda anlaşılması və danışıqların növbəti mərhələlərinin planlaşdırılmasına xidmət edib.
Görüşün yekununda danışıqların növbəti mərhələsinin iyun ayının əvvəlində Bakıda keçirilməsinə qərar verilib.
Azərbaycan nümayəndə heyətinin tərkibində Xarici İşlər Nazirliyi ilə yanaşı, İqtisadiyyat, Ədliyyə, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Dövlət Gömrük Komitəsinin, Mərkəzi Bankın və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndələri yer alıblar.
Səfər çərçivəsində Yalçın Rəfiyev, həmçinin Avropa Komissiyasının iqlim fəaliyyəti üzrə baş direktor müavini Yan Dusik və ətraf mühit üzrə baş direktor müavini Patrik Çild ilə görüşlər keçirib. Təmaslar zamanı iqlim fəaliyyəti və ətraf mühit sahəsində Azərbaycan-Avropa İttifaqı dialoq formatının yaradılması, eləcə də COP prosesi, iqlim və ətraf mühitlə bağlı beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülmüş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətElçin Əmirbəyov Britaniyada bir sıra görüşlər keçirib - FOTO
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Böyük Britaniyada bir sıra görüşlər keçirib.
SiyasətAvropanın daha bir ölkəsi nüvə dövlətinə çevrilir: Regionda yeni vəziyyət yaranır - VİDEO
Polşa Avropada nüvə təhlükəsizliyi üzrə əməkdaşlığı genişləndirməyi hədəfləyən Fransanın "Qabaqcıl Çəkindirmə" təşəbbüsünə qoşulub.
Siyasətİnformasiya cəbhəsində "süni intellekt savaşı": İranın satirik videoları nəyi hədəfləyir? - VİDEO
ABŞ-İran qarşıdurması təkcə diplomatik masada və meydanda davam etmir.
SiyasətQalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? - VİDEO
İran ətrafında baş verən son hadisələr bir daha göstərir ki, Tehran üçün danışıqlar yalnız diplomatik proses yox, həm də ciddi siyasi və psixoloji oyundur. İlk baxışdan ziddiyyətli görünən iki mesaja diqqət yetirək. Bir tərəfdən İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirir ki, ölkə "təhdid kölgəsi altında" ABŞ ilə danışıqlara getməyəcək. Digər tərəfdən isə İranın yeni Ali Lideri Müctəba Xamenei İslamabadda keçiriləcək danışıqlara "yaşıl işıq" yandırır.