
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Xankəndiyə gəliblər - FOTO - VİDEO
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndiyə gəliblər.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndiyə gəliblər.
Gundem.today "Report"a istinadən xəbər verir ki, nümayəndə heyəti səfər çərçivəsində Zəfər parkını ziyarət edib.
Onlar şəhərdə aparılan bərpa işləri ilə tanış olublar.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.
Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri mayın 1-də Xocalıya səfər ediblər.
Gundem.today "Report"a istinadən xəbər verir ki, nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.
Qonaqları Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşılayıb.
Qonaqlar əvvəlcə Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorial kompleksini ziyarət ediblər. E. Yusubov qonaqlara Memorial kompleksin tikintisi, aparılan abadlıq və quruculuq işləri haqqında informasiyaları təqdim edib, eyni zamanda xarici diplomatlara 1992-ci ildə ermənilər tərəfindən həyata keçirilmiş işğalçılıq siyasəti və Xocalı soyqırımı barədə də ətraflı məlumat verilib.
Sonra qonaqlara azad edilmiş ərazilərdə infrastrukturun bərpası, yaşayış məntəqələrinin yenidən qurulması və əhalinin doğma torpaqlarına qayıdışını təmin edən Böyük Qayıdış proqramının icrası barədə geniş məlumat verilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.
Gundem.today "Report"a istinadən xəbər verir ki, səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.
Səfər Xankəndi şəhərini, Xocalı, Şuşa və Laçın rayonlarını əhatə etməklə iki gün davam edəcək.
İştirakçılar səfər müddətində bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar.
Daha çox foto burada: PhotoStock.az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətHikmət Hacıyev: "Dörd min azərbaycanlının taleyi hələ də naməlumdur"
"Azərbaycan Ermənistanın QHT nümayəndələrini Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlərin həllində daha fəal iştirak etməyə çağırır".
SiyasətHikmət Hacıyev diplomatları Qarabağ Universiteti ilə əməkdaşlığa çağırıb
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusu Qarabağ Universitetinin xarici ali məktəblərlə əlaqələrinin möhkəmləndirilməsinə kömək etməyə çağırıb.
SiyasətPA-nın şöbə müdiri: "Azərbaycan Ümumdünya Şəhərsalma Forumunda öz bərpa təcrübəsini təqdim edəcək"
"Azərbaycan Ümumdünya Şəhərsalma Forumunda (WUF13) işğaldan azad edilmiş ərazilərin bərpası və şəhərsalmanın inkişafı üzrə öz təcrübəsini təqdim etmək niyyətindədir".
SiyasətHikmət Hacıyev: "Azərbaycan ərazisinin 12-13 faizi minalarla çirklənib"
"Mina təhlükəsi Azərbaycan üçün ciddi çağırış olaraq qalır".