Son dəqiqə
İlham Haqverdiyev azadlığa buraxıldıİranda hava hücumundan müdafiə sistemlərinin işləmə səbəbləri məlum olduAzərbaycan üçün dönüş nöqtəsi: "Emosional addım deyil" - FOTOBirinci sinfə qəbulla bağlı 25 alternativ qeydiyyat mərkəzi yaradıldıİndoneziya 2027-ci ildə Azərbaycanla layihələrin yol xəritəsini hazırlayacaqAbbas Abbasov: "BTQ 10-dan çox ölkə ilə əməkdaşlıq qurmağa başlayıb"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Xocalıya səfər ediblər
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Xocalıya səfər ediblər
Siyasət

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Xocalıya səfər ediblər

Bu gün
12:38
0 baxış
Paylaş:

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri mayın 1-də Xocalıya səfər ediblər.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri mayın 1-də Xocalıya səfər ediblər.

Gundem.today "Report"a istinadən xəbər verir ki, nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.

Qonaqları Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşılayıb.

Qonaqlar əvvəlcə Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorial kompleksini ziyarət ediblər. E. Yusubov qonaqlara Memorial kompleksin tikintisi, aparılan abadlıq və quruculuq işləri haqqında informasiyaları təqdim edib, eyni zamanda xarici diplomatlara 1992-ci ildə ermənilər tərəfindən həyata keçirilmiş işğalçılıq siyasəti və Xocalı soyqırımı barədə də ətraflı məlumat verilib.

Sonra qonaqlara azad edilmiş ərazilərdə infrastrukturun bərpası, yaşayış məntəqələrinin yenidən qurulması və əhalinin doğma torpaqlarına qayıdışını təmin edən Böyük Qayıdış proqramının icrası barədə geniş məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

Gundem.today "Report"a istinadən xəbər verir ki, səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.

Səfər Xankəndi şəhərini, Xocalı, Şuşa və Laçın rayonlarını əhatə etməklə iki gün davam edəcək.

İştirakçılar səfər müddətində bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Hikmət_Hacıyev#Xankəndi#Qarabağ

Oxşar Xəbərlər

İndoneziya 2027-ci ildə Azərbaycanla layihələrin yol xəritəsini hazırlayacaqSiyasət

İndoneziya 2027-ci ildə Azərbaycanla layihələrin yol xəritəsini hazırlayacaq

"İndoneziya artıq 2027-ci ildə Azərbaycanla bütün birgə layihələrin həyata keçirilməsi üzrə yol xəritəsini formalaşdırmağı planlaşdırır".

Bu gün
14:320
Abbas Abbasov: "BTQ 10-dan çox ölkə ilə əməkdaşlıq qurmağa başlayıb"Siyasət

Abbas Abbasov: "BTQ 10-dan çox ölkə ilə əməkdaşlıq qurmağa başlayıb"

"2023-cü ildən başlayaraq kolonializmlə legitim mübarizə aparan tərəfləri dəstəkləyirik".

Bu gün
14:300
Dövlət qurumlarına edilən müraciətlərin cavablandırılmasında YENİLİKSiyasət

Dövlət qurumlarına edilən müraciətlərin cavablandırılmasında YENİLİK

Vətəndaşların müraciətlərinə dair tələblərə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən əməliyyatların aparılması üçün yeni normalar müəyyən edilir.

Bu gün
13:580
Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib - FOTOSiyasət

Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib - FOTO

Aprelin 30-da Vatikanda Kançelleriya Sarayında Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı mərasimi olub.

Bu gün
13:480