Son dəqiqə
Hikmət Hacıyev: "Dörd min azərbaycanlının taleyi hələ də naməlumdur"Hikmət Hacıyev diplomatları Qarabağ Universiteti ilə əməkdaşlığa çağırıbSəhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir: Oturaq həyatın gizli təhlükələri - FOTOPA-nın şöbə müdiri: "Azərbaycan Ümumdünya Şəhərsalma Forumunda öz bərpa təcrübəsini təqdim edəcək"Putinlə bağlı filminə görə aldığı "Oskar"ı itirdiHikmət Hacıyev: "Azərbaycan ərazisinin 12-13 faizi minalarla çirklənib"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Dövlət qurumlarına edilən müraciətlərin cavablandırılmasında YENİLİK
Dövlət qurumlarına edilən müraciətlərin cavablandırılmasında YENİLİK
Siyasət

Dövlət qurumlarına edilən müraciətlərin cavablandırılmasında YENİLİK

Bu gün
13:58
0 baxış
Paylaş:

Vətəndaşların müraciətlərinə dair tələblərə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən əməliyyatların aparılması üçün yeni normalar müəyyən edilir.

Vətəndaşların müraciətlərinə dair tələblərə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən əməliyyatların aparılması üçün yeni normalar müəyyən edilir.

Gundem.today xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Vətəndaşların müraciətləri haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, şəxsin müraciətinin cavablandırılması üsuluna dair seçimləri sırasına elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə cavablandırma əlavə edilir.

Müraciətin (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) EHİS üzərindən cavablandırılmasını istənildiyi halda müraciət edən şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) tələb ediləcək. Müraciətin elektron ünvan vasitəsilə cavablandırılması istənildiyi halda cavabın göndəriləcəyi elektron ünvan (imeyl) istəniləcək.

Vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədlə müraciət etmək və ya müraciətə baxan subyektin rəsmi internet informasiya resursunda, yaxud EHİS üzərindən elektron imza vasitəsilə qeydiyyatdan keçmək yolu ilə qəbula yazılırlar. Hər üç qaydada qəbula yazılmış vətəndaş qəbul günü şəxsiyyət vəsiqəsini, müraciət edən vətəndaşın adından qəbula onun nümayəndəsi gəldikdə isə onun səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidir.

Sənədə əsasən, elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internet informasiya resursuna daxil edilir, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir, yaxud EHİS üzərindən təqdim olunur.

Belə ki, "Elektron hökumət" sahələrində fəaliyyətin daha səmərəli təşkili, dövlət idarəetməsinin optimallaşdırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də müvafiq sahələr üzrə təhlil aparılması, proqnoz və hesabatlar hazırlanması və onlar əsasında dövlət tənzimləməsini həyata keçirmək üçün zaman-zaman müvafiq normativ hüquqi aktlarda dəyişikliklər edilir.

Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Vətəndaş_müraciətləri#EHİS#Milli_Məclis#Elektron_Hökumət#FİN#VÖEN#qanun_layihəsi#rəqəmsallaşma#dövlət_idarəetməsi#elektron_imza.

Oxşar Xəbərlər

Hikmət Hacıyev: "Dörd min azərbaycanlının taleyi hələ də naməlumdur"Siyasət

Hikmət Hacıyev: "Dörd min azərbaycanlının taleyi hələ də naməlumdur"

"Azərbaycan Ermənistanın QHT nümayəndələrini Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlərin həllində daha fəal iştirak etməyə çağırır".

Bu gün
16:180
Hikmət Hacıyev diplomatları Qarabağ Universiteti ilə əməkdaşlığa çağırıbSiyasət

Hikmət Hacıyev diplomatları Qarabağ Universiteti ilə əməkdaşlığa çağırıb

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusu Qarabağ Universitetinin xarici ali məktəblərlə əlaqələrinin möhkəmləndirilməsinə kömək etməyə çağırıb.

Bu gün
16:100
PA-nın şöbə müdiri: "Azərbaycan Ümumdünya Şəhərsalma Forumunda öz bərpa təcrübəsini təqdim edəcək"Siyasət

PA-nın şöbə müdiri: "Azərbaycan Ümumdünya Şəhərsalma Forumunda öz bərpa təcrübəsini təqdim edəcək"

"Azərbaycan Ümumdünya Şəhərsalma Forumunda (WUF13) işğaldan azad edilmiş ərazilərin bərpası və şəhərsalmanın inkişafı üzrə öz təcrübəsini təqdim etmək niyyətindədir".

Bu gün
16:020
Hikmət Hacıyev: "Azərbaycan ərazisinin 12-13 faizi minalarla çirklənib"Siyasət

Hikmət Hacıyev: "Azərbaycan ərazisinin 12-13 faizi minalarla çirklənib"

"Mina təhlükəsi Azərbaycan üçün ciddi çağırış olaraq qalır".

Bu gün
15:540