Son dəqiqə
Hikmət Hacıyev: "Dörd min azərbaycanlının taleyi hələ də naməlumdur"Hikmət Hacıyev diplomatları Qarabağ Universiteti ilə əməkdaşlığa çağırıbSəhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir: Oturaq həyatın gizli təhlükələri - FOTOPA-nın şöbə müdiri: "Azərbaycan Ümumdünya Şəhərsalma Forumunda öz bərpa təcrübəsini təqdim edəcək"Putinlə bağlı filminə görə aldığı "Oskar"ı itirdiHikmət Hacıyev: "Azərbaycan ərazisinin 12-13 faizi minalarla çirklənib"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib - FOTO
Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib - FOTO
Siyasət

Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib - FOTO

Bu gün
13:48
0 baxış
Paylaş:

Aprelin 30-da Vatikanda Kançelleriya Sarayında Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı mərasimi olub.

Aprelin 30-da Vatikanda Kançelleriya Sarayında Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı mərasimi olub.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, Müqəddəs Taxt-Tacın və İtaliyanın rəsmi şəxslərinin, elmi, siyasi və ictimai xadimlərin, Vatikan və İtaliyanın diplomatik korpusunun nümayəndələrinin iştirak etdiyi tədbirdə Heydər Əliyev Fondu ilə Vatikan arasındakı əməkdaşlığın tarixi və 2012-ci ildən etibarən həyata keçirilən layihələr barədə məlumat verilib.

Həmçinin bu layihələri əhatə edən "Mədəniyyətlər körpüsü" ("Pontes Culturae") kitabı, eləcə də Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında ötən illər ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərini, Heydər Əliyev Fondunun Vatikandakı mədəni-humanitar təşəbbüslərini, həmçinin tarixi və dini irs nümunələrinin bərpası istiqamətində görülmüş işləri əks etdirən sənədli film təqdim olunub.

"Mədəniyyətlər körpüsü" nəşri Heydər Əliyev Fondu, Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası və Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi tərəfindən hazırlanıb. Kitabın ilk nüsxəsi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2025-ci ilin oktyabrında Vatikana səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşü zamanı təqdim edilmişdi.

Təqdim olunan nəşr və sənədli filmdə Azərbaycan və Vatikan arasında əlaqələrin tarixi, iki dövlət arasında münasibətlərin inkişafında ümummilli lider Heydər Əliyevin 1997-ci ildə Vatikana ilk rəsmi səfərinin rolu, Azərbaycan və Müqəddəs Taxt-Tac ilə əməkdaşlıq, mədəniyyətlər və dinlərarası dialoqun genişlənməsinə yönələn qarşılıqlı rəsmi səfərlər barədə məlumat verilir. Həmçinin Heydər Əliyev Fondunun 2012-ci ildən Vatikanda həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunur. Nəşr və sənədli filmdə Fondun Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası ilə katakombaların bərpası, Vatikan Apostol Kitabxanası ilə əlyazmaların rəqəmsallaşdırılması, Vatikan muzeylərində, eyni zamanda Müqəddəs Pyotr Kilsəsi və Müqəddəs Pavel Bazilikasında bərpa işləri, Müqəddəs Taxt-Tacın Bambino Gesu pediatrik xəstəxanası ilə əməkdaşlıq layihələri öz əksini tapıb.

Tədbir zamanı iki ölkə arasında əməkdaşlığın dərinləşməsi istiqamətində həyata keçirilən siyasətə və görülmüş işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub.

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən indiyədək dünyanın müxtəlif regionlarında, o cümlədən Vatikanda mədəni və dini irsin qorunmasına yönələn çoxsaylı layihələr həyata keçirilib. Vurğulanıb ki, bu layihələr yalnız memarlıq abidələrinin bərpası ilə məhdudlaşmır, eyni zamanda, bəşəriyyətin ortaq yaddaşına hörmətin ifadəsi, keçmişlə gələcək arasında mənəvi dialoqun qurulması və ümumbəşəri dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Pasquale Yakobone Heydər Əliyev Fondu ilə Vatikan arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirib. Bildirilib ki, Vatikanla əməkdaşlıq 2012-ci ildə imzalanmış ilk sazişlə başlayıb və sonrakı illərdə mərhələli şəkildə genişlənərək Müqəddəs Marselino və Pyotr katakombalarının, eləcə də Müqəddəs Sebastian katakombasının bərpası və ictimaiyyət üçün açılması ilə davam etdirilib. 2016-cı, 2018-ci və 2021-ci illərdə imzalanan sazişlər bu əməkdaşlığın daha da möhkəmlənməsinə və davamlı xarakter almasına töhfə verib.

Bildirilib ki, həyata keçirilən layihələr təkcə Roma və ya katolik kilsəsi üçün deyil, bütövlükdə bəşəriyyətin ortaq irsi hesab olunur və bu baxımdan qorunması, gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və restavrasiya işləri nəticəsində yalnız abidələrin qorunması deyil, eyni zamanda elmi-tədqiqat və texnoloji sahədə də irəliləyişlər əldə olunub. Restavrasiya prosesində yeni metodların tətbiqi və əldə olunan nəticələr akademik araşdırmaların inkişafına da töhfə verib.

Apostol Kitabxanasının və Arxivlərinin rəhbəri Covanni Çezare Paqatzi çıxışında kitabxana və arxivlərin yalnız elmi-tədqiqat mərkəzləri deyil, eyni zamanda, müxtəlif mədəniyyətlər və xalqlar arasında dialoq yaradan mühüm platforma olduğunu vurğulayıb. Bildirilib ki, bu institutlarda qorunan sənədlər və əlyazmalar bəşəriyyətin ortaq yaddaşını əks etdirir və alimləri ümumi dəyərlər ətrafında birləşdirir.

Qeyd olunub ki, bu qurumlar Müqəddəs Taxt-Tacın birbaşa himayəsində olmaqla yanaşı, həm də "sülh məkanı" rolunu oynayır. Vurğulanıb ki, bu cür mədəniyyət ocaqlarına göstərilən dəstək əslində sülhə və qarşılıqlı anlaşmaya töhfə deməkdir.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxışında Fondun tarixi abidələrin bərpası sahəsində fəaliyyətini və bu layihələrin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın aparıcı rolunu qeyd edib. O vurğulayıb ki, Vatikanla əməkdaş

#Siyasət#Heydər_Əliyev_Fondu#Vatikan#Müqəddəs_Taxt-Tac#Mədəniyyətlər_körpüsü_kitabı#tarixi_abidələrin_bərpası#mədəni_irs#Mehriban_Əliyeva#sənədli_film_təqdimatı#dinlərarası_dialoq#katakombaların_bərpası#Vatikanla_əməkdaşlıq.

Oxşar Xəbərlər

Hikmət Hacıyev: "Dörd min azərbaycanlının taleyi hələ də naməlumdur"Siyasət

Hikmət Hacıyev: "Dörd min azərbaycanlının taleyi hələ də naməlumdur"

"Azərbaycan Ermənistanın QHT nümayəndələrini Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlərin həllində daha fəal iştirak etməyə çağırır".

Bu gün
16:180
Hikmət Hacıyev diplomatları Qarabağ Universiteti ilə əməkdaşlığa çağırıbSiyasət

Hikmət Hacıyev diplomatları Qarabağ Universiteti ilə əməkdaşlığa çağırıb

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusu Qarabağ Universitetinin xarici ali məktəblərlə əlaqələrinin möhkəmləndirilməsinə kömək etməyə çağırıb.

Bu gün
16:100
PA-nın şöbə müdiri: "Azərbaycan Ümumdünya Şəhərsalma Forumunda öz bərpa təcrübəsini təqdim edəcək"Siyasət

PA-nın şöbə müdiri: "Azərbaycan Ümumdünya Şəhərsalma Forumunda öz bərpa təcrübəsini təqdim edəcək"

"Azərbaycan Ümumdünya Şəhərsalma Forumunda (WUF13) işğaldan azad edilmiş ərazilərin bərpası və şəhərsalmanın inkişafı üzrə öz təcrübəsini təqdim etmək niyyətindədir".

Bu gün
16:020
Hikmət Hacıyev: "Azərbaycan ərazisinin 12-13 faizi minalarla çirklənib"Siyasət

Hikmət Hacıyev: "Azərbaycan ərazisinin 12-13 faizi minalarla çirklənib"

"Mina təhlükəsi Azərbaycan üçün ciddi çağırış olaraq qalır".

Bu gün
15:540